XANAĞA NEKROPOLU – Azәrb Resp. Ordubad r-nunun (Nax. MR) Xanağa k.-ndәn ş.-dә orta әsrlәrә (12–17 әsrlәr) aid arxeoloji abidә. Nekropoldakı qәbirlәrin bәzisinin әtrafına dördkünc formada çay daşları düzülmüş, bәzisinin üzәrindә daşyığını әmәlә gәlmişdir. İslam müqәddәslәrinin qәbri üzәrindәki tikili Xanağa piri kimi ziyarәt edilir. Nekropolun әrazisindә son orta әsrlәrә aid şirli vә şirsiz keramika mәmulatı aşkar olunmuşdur.










