XANAĞA YAŞAYIŞ YERİ – Azәrb. Resp. Ordubad r-nunun (Nax. MR) Xanağa k.-ndәn ş.-dә, Xanağa piri yaxınlığında orta әsrlәrә (12–18 әsrlәr) aid arxeoloji abidә. Sah. 3 ha, mәdәni tәbәqәsinin qalınlığı 0,5– 1 m arasındadır. Yaşayış yerinin әrazisindә daşdan inşa olunmuş tikilinin qalıqları var. Bәrkidici kimi әhәng mәhlulu vә palçıqdan istifadә olunmuşdur. Tikililәrin bünövrәsi çay daşlarından, divarları isә möhrәdәndir. Tәdqiqatlar zamanı son orta әsrlәrә aid şirli vә şirsiz keramika mәmulatı tapılmışdır.










