XANALILAR – Azәrb. Resp. Laçın r-nunun Sәfiyan ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 37 km c.-ş.-dә, Qarabağ silsilәsinin yamacında, Hәkәri çayının sahilindәdir. Əh. 200 (2020); işğaldan (1992, may) әvvәl heyvandarlıqla mәşğul olurdu. Kitabxana, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 1 dekabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










