XANÇALLI – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (9.9.1930 ildәn Amasiya r-nu) azәrb.-ların yaşadığı kәnd. 1915 ildә kәndin azәrb. әhalisi qovulub çıxarılmış vә burada Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra kәndin qaçqın әhalisi geri qayıtsa da, 1940-cı illәrdә kәnd lәğv edilәrәk әhalisi qonşu Balıqlı k.-nә köçürülmüş vә X. xarabalığa çevrilmişdir.










