XANDƏMİR Qiyasәddin ibn Hümamәddin әl-Hüseyni (1475, Herat – tәqr. 1536) – İran tarixçisi, salnamәçi. Mirxondun nәvәsi. Teymurilәrin sarayında xidmәt etmişdir. Əlişir Nәvainin himayәsindә olmuş, “Mәkarimül-әxlaq” (“Əxlaqi mәziyyәt”) mәdhiyyәsini vә “Xülasәtül-әxbar” (“Tarixdәn seçmәlәr”) adlı qısa salnamәsini ona ithaf etmişdir. 1507 ildәn sonra Sәfәvi şahı I İsmayıla, 1528 ildәn isә Hindistana gedәrәk Babura xidmәt etmiş, onu vә oğlu Hümayunu ömrünün axırınacan sәfәrlәrdә müşayiәt etmişdir. Mirxondun “Rövzәtüssәfa” (“Saflıq bağçası”) әsәrinin 7-ci cildini tamamlamışdır X.-in 3 cildlik ümumdünya salnamәsi olan “Hәbib әs-siyәr fi әxbar әfrad әl-bәşәr” (“Görkәmli adamlar haqqında xәbәrlәri tәsvir edәn dost”) әsәri İran vә qonşu ölkәlәrin 15 әsrin sonundan 1524 ilәdәk olan tarixinin tәdqiqi üçün mühüm mәnbәdir. Əsәrdә qızılbaşların Şirvana hücumları, Çaldıran vuruşması (1514) vә s. haqqında mәlumat verilmişdir. Hәmçinin “Dәstur әl-vüzәra” (“Vәzirlәrә göstәriş”), “Qanun-i Humayuni”, yaxud “Humayunnamә” (“Hökmdar qanunu”) vә s. әsәrlәrin müәllifidir.










