XANE-ŞUMAR, x a n e - ş o m a r i – orta әsrlәrdә Yaxın Şәrqin bәzi ölkәlәrindә, o cümlәdәn Azәrb.-da vergi. 13 әsrdәn mәlumdur. Ailә üzvlәrinin sayından asılı olmayaraq hәr evdәn alınırdı. Maaf torpaqlarında yaşayanlar X.-ş.-dan azad idilәr. Vergiyığan mәmurların özbaşınalığının qarşısını almaq üçün Uzun Hәsәnin “Qanunnamә”sindә X.-ş.-ın miqdarı (hәr evdәn ildә 7 axça) dәqiqlәşdirilmişdi. Sonralar evpulu, otaqxәrci, tüstüpulu vә s. adlarla da mәlum idi.










