XANƏGAH – Azәrb. Resp. Cәlilabad r-nunda kәnd. Xanәgah ә.d.-nin (Xanәgah, Tür kelli, Pәrdi, Çәmәnli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 24 km q.-dә, Burovar silsilәsinin әtәyindәdir. Əh. 1032 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, mәdәniyyәt evi, tibb mәntәqәsi var.










