Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XANƏGAH, x a n g a h
    XANƏGAH, x a n g a h (far.) – sufilәrin birlikdә yaşadığı vә dini ayinlәrini yerinә yetirdiklәri yer; sufi iqamәtgahı. Müsәlman ölkәlәrindә yayılmış, müxtәlif yerlәrdә r i b a t, d ә r g a h, t ә k y ә, z a v i y ә vә s. adlandırılmışdır. Müsәlman şәhәrlәrindә (Qәrbi Türküstan, Xorasan) X.-lar 9 әsrdәn etibarәn qurulmağa başlanmışdır. Tәriqәtlәrin meydana çıxması ilә geniş yayılmış, 10 әsrdәn sonra Şam, Bәsrә, Bağdad, Nişapur, Rey, Buxara, Sәmәrqәnd vә Bәlxdә yeni X.-lar qurulmuşdur. X.-lar, әsasәn, sakit yerlәrdә, bәzәn mәscidlә yanaşı tikilirdi. Lakin eyni zamanda bir çox X.-ın xüsusi binası yox idi vә sahibinin xeyriyyәçilik fәaliyyәti kimi icmaya bağışladığı xüsusi evlәrdә yerlәşirdi. X.-ın formalaşmasında mәdrәsәnin tәsiri olmuş, bәzәn X. onun funksiyasını yerinә yetirmişdir. Tәsәvvüflә bәrabәr, tәfsir, hәdis, fiqh vә s. müxtәlif mövzularda dәrslәr keçilir, sufi musiqisi (sәma) vә şeirlәr oxunurdu. Kişi X.-ları ilә yanaşı, qadın X.-ları da var idi. Burada dәrvişlәrdәn vә tәriqәt әhlindәn başqa ehtiyacı olanlara da xidmәt edilirdi. Bәsit vә sadә olan ilk X.-lar, әsasәn, kәrpicdәn vә ağacdan tikilirdi. Sonralar X. müxtәlif tikililәrdәn ibarәt kompleksә çevrilmişdir. Onların әksәriyyәti mәrkәzi günbәzli salon, yaxud hәyәt әtrafında qruplaşmış binalardan ibarәtdir; forma, kompozisiya vә memarlıq bәzәklәrinә görә tikildiyi dövrün vә әrazinin memarlıq xüsusiyyәtlәrini әks etdirir.
    İlk dәfә Əbu Sәid Əbülxeyr öz X.-ının üzvlәri üçün müәyyәn qaydalar tәrtib etmişdir. Sonralar Ş.Sührәvәrdi “Əvarifülmә arif” әsәrindә bu qaydaları tәkmillәşdirmiş vә buna bütün X.-larda riayәt olunmuşdur.
    11 әsrin ikinci yarısında Sәlcuqilәr tәriqәt mәrkәzlәrini dövlәtin nәzarәti altında saxlamaq vә yenidәn tәşkilatlandırmaq mәqsәdilә X.tәsisini Xorasandan qәrbә doğru yaymış, Hәlәb vә Dәmәşqdә X.-lar meydana çıxmağa başlamışdır. Eyni siyasәti zәngilәr, әyyubilәr vә mәmlüklәr dә davam etdirmişlәr. Bu dövrdә Suriyada, Fәlәstin vә Misirdә “X.” termini daha çox gәzәrgi dәrvişlәrin iqamәtgahı olmaqla yanaşı, bir tәriqәtә bağlanmayan, hәtta zәruri hallarda dövlәtin tәyin etdiyi şәxs tәrәfindәn idarә edilә bilәn, tәsәvvüf tәhsilinin nisbәtәn arxa planda olduğu geniş әhatәli tәsisatları ifadә edirdi. Bu X.-ların türbәlәrin dә, әsasәn, sultanlar vә ya әmirlәr dәfn olunurdu. Türküstan, Xorasan, İran vә Hindistandakı X.-ların әksәriyyәti isә müәyyәn tәriqәtә bağlı, mürşidin rәhbәrliyindә müridlәrin tәrbiyә edildiyi tәsisat idi. Belә X.-ların türbәlәrindә X.-ın banisi vә ya mәnәvi sahibi olan şeyxlәr dәfn olunurdu. 12–13 әsrlәrin qovşağında Hindistanda da X.-lar meydana çıxmış, 13–15 әsrlәrdә çiştiyyә vә sührәvәrdiyyә vasitәsilә geniş yayılmışdı.
    Azәrb.-da Xarәzmşahlar vә Elxanilәr dövründә X.-lar tәsis edilmişdir. Tarixçi Mәhәmmәd ibn Münәvvәrin (968-1049) mәlumatına görә, tәkcә Əbu Sәid Əbül xeyrin müridlәrinin Şirvanda 400-dәn artıq X.-ı olmuşdur. Orta әsrlәrdәn Əlincәçay xanәgahı, Əbu Sәid Əbülxeyr xanәgahı (Naxçıvan), Pir Hüseyn xanәgahı (yaxud Pir saatçay xanәgahı, Hacıqabul), Şeyx Babi Yәqub xanәgahı (Qarabağ), Pir Mәrdәkan xanәgahı (Şamaxı) vә s. qalmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 