XANƏNDƏLİK SƏNƏTİ – Azәrb. xalq musiqisinin geniş yayılmış sahәlәrindәn biri. Qәdim tarixә malikdir. X.s.-nin formalaşmasında muğamların (bax Muğam) müstәsna rolu vardır. Azәrb. xanәndәlәri muğam sәnәtini inkişaf etdirmiş, onu zәnginlәşdirәrәk zәmanәmizә kimi çatdırmışlar. Azәrb. klassik xanәndәlәri mәlahәtli, gözәl sәslәri vә sәnәtkarlığı ilә bütün Yaxın
vә Orta Şәrqdә mәşhur olmuş, böyük muğam ifaçılığı mәktәbi yaratmışlar. Xanәndә (farsca “xәndan” sözündәn, oxumaq demәkdir) muğam sәnәti ilә mәşğul olan vә muğam üçlüyündә sazәndәlәrlә birlikdә çıxış edәn müğәnnidir; yüksәk (zilxan) vә aşağı (pәsxan) sәs tembrlәri ilә fәrqlәnirlәr. Adәtәn muğam üçlüyündә xanәndә qavalda (nadir hallarda dәfdә) özünü müşayiәt edir. Xanәndәlәr, adәtәn, milli geyimdә çıxış etmişlәr. 19 әrsin sonlarında Azәrb.-ın bir çox şәhәrlәrindә X.s.-nin inkişafı ilә әlaqәdar musiqi mәclislәri yaranmışdır. Ən mәşhur musiqi mәclislәri Şuşa, Şamaxı vә Bakıda fәaliyyәt göstәrmişdir. 20 әsrin әvvәllәrindәn etibarәn X.s. mәhdud mәclis, toy vә adi şәnlik çәrçivәsindәn çıxaraq, teatr vә konsert salonlarına yol tapmışdır.
Əd.: H a c ı b ә y o v Ü. Azәrbaycan xalq musiqisinin әsasları. B., 1950; Azәrbaycan xalq musiqisi. B., 1981; Ş u ş i n s k i F. Azәrbaycan xalq musiqiçilәri. B., 1985; Ü. Hacıbәyov ensiklopediyası. B., 1996; S ә f ә r o v a Z. Azәrbaycanın musiqi elmi (13–20 әsrlәr). B., 1998; K ö ç ә r l i İ. Azәrbaycan xalq musiqi yaradıcılığında “Şikәstә”. B., 2003; Z ö h r a b o v R. Azәrbaycan muğamları. B., 2004.










