XANIKOV Nikolay Vladimiroviç (24.10.1819, Kaluqa qub.-nın Lixvin qәzası; indiki Tula vil. – 15.11.1878, Paris yaxınlığında Rambuye) – rus şәrqşünası, etnoqraf, diplomat, Peterburq EA-nın m. üzvü (1852). Sarskoye Selo liseyini bitirmiş (1836), müstәqil surәtdә Şәrq dillәrini (әsasәn, әrәb vә fars) öyrәnmişdir. 1841–42 illәrdә Rusiya nümayindә heyәtinin tәrkibindә Buxara әmirliyindә olan X. әsәrlәrindәn birini ona hәsr etmişdir. 1845–59 illәrdә Qafqazda vә İranda diplomatik vәzifәlәrdә işlәmiş, 1854–57 illәrdә Tәbrizdә baş konsul olmuşdur. Orta Asiya, İran, Qafqaz tarixinә vә etnoqrafiyasına dair elmi tәdqiqatların (“Müridizm vә müridlәr haqqında”, “Müharibәyә dair müsәlman qәtnamәlәrinin tәrcümәsi”, “Xәzәr dәnizinin sәviyyә dәyişmәlәri haqqında”) müәllifidir. Rusiya Coğrafiya Cәmiyyәtinin Qafqaz şöbәsinin rәhbәrlәrindәn biri olmuşdur (1850–55). 1858–59 illәrdә Xorasan ekspedisiyasına başçılıq etmişdir. 1860 ildәn әsasәn Parisdә yaşamış, burada “Mémoire sur la partie méridionale de l’Asie centrale” (1861) vә “Mémoire sur l’ethnographie de le Perse” (1866) әsәrlәrini nәşr etdirmişdir. Xaqani Şirvani haqqında tәdqiqat әsәri 1864–65 illәrdә fransız dilindә “Xaqani haqqında memuar” adı ilә “Jurnal Aziatik”dә (Paris) dәrc olunmuşdur. Əbülüla Gәncәvi, Fәlәki Şirvani, Mücirәddin Beylәqaninin yaradıcılığı ilә dә maraqlanmışdır. Hacı Zeynalabdin Şirvani irsinin öyrәnilmәsi, Azәrb epiqrafikasına aid bir sıra abidәlәrin kәşfi, toplanması vә nәşri sahәsindә dә müәyyәn işlәr görmüşdür. 1874 ildә K.Ritterin “İran”

Xanıkimilәr: 1 – auxa (Siniperca chuatsi); 2 – çay xanısı; 3 – sıf (Stizostedion lucioperca); 4 – losman (Naucrates ductor); 5 – Mozambik tilapisi (Sarotherodon mossambica); 6 – tünd-qozbel (Sciaena umbra); 7 – yapışan balıq (Echeneis naucrates); 8 – qara diriudan (Chiasmodon niger); 9 – parıldaq mәrmәrbel (Notothenia rossii); 10 – sarıağız letrin (Lethrinus chrysostomus); 11 – Hind-sakitokean yelkәnli balığı (Istiophorus platypterus); 12 – Atlantika skumbriyası (Scomber scombrus); 13 – göy tunes (Thunnus thynnus); 14 – adi stavrid (Trachurus trachurus); 15 – xallı dişliskat (Anarhichas minor); 16 – ilanvarı makrel (Gem pylus serpens); 17 – qırmızı paqr (Pagrus major); 18 – bıçaqquyruq balıq (Acanthurus achilles); 19 – buynuzlu zankl (Zanclus cornutus); 20 – yaşıl izabelita (Holacanthus ciliaris); 21 – kiçik mәleykә balıq (Poma -canthus paru); 22 – qarabel kәpәnәyi balıq (Chaetodon ephippium); 23 – tutuquşu-balıq (Scarus taeniopterus) dişisi; 24 – onun erkәyi; 25 – dәniz әlvan itbalığı (Blennius pavo); 26 – girdә xul (Neogobius melanostomus), erkәk; 27 – onun dişisi; 28 – ilanbaş (Channa argus). icmalının 1-ci hissәsini öz әlavә vә şәrhlәri ilә tәrcümә etmişdir. Rusiyada Şәrq әlyazmalarının böyük kolleksiyasının yaradılmasına töhfә vermişdir.
Ə s ә r l ә r i: Экспедиция в Хорасан (пер. с франц.). М., 1973; Заметки по этнографии Персии (пер. с франц.). М., 1977; Memoire sur Khaqani, Pacte Persian. “Journal Asiatique”, VI seria, t. V, 1984; t. VI, 1865.










