Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XANIMƏLİ, a z a l i y a, r o d o d e n d r o n (Rhododendron)
    XANIMƏLİ, a z a l i y a, r o d o d e n d r o n (Rhododendron) – erikakimilәr fәsilәsindәn bitki cinsi. Hәmişәyaşıl vә ya yarpağını tökәn kolcuq vә ya kollar, nadir hallarda kiçik ağaclardır. Yarpaqları xırdadan çox iriyәdәk, tamkәnarlı, qarşı-qarşıya düzülmüşdür; payızda yarpağını tökәn növlәr dә yarpaqlar parlaq tünd-qırmızı, qızılı, qırmızı rәngdә olur. Çiçәklәri beş üzvlü olub, adәtәn çәhrayı vә ya yasәmәnidir, qalxanvarı vә ya çәtirşәkilli çiçәk qrupunda toplanmışdır, nadir hallarda tәk olur. 1300-ә dәk növü, başlıca olaraq Şimal yarım kürәsinin (әksәriyyәti Şәrqi Asiya vә Şimali Amerikanın dağlarında) mülayim qurşaqlarında yayılmışdır. Azәrbaycanda 3 növü Pont X.-si (R. ponticum), sarı X. (R. luteum) vә Qafqaz X.-si (R. caucasicum) yayılmışdır. Onlardan Pont X.-sinә Böyük Qafqazın qәrb hissәsindә, meşәlәrin yuxarı sәrhәddindә, subalp vә alp çәmәnliklәrindә ayrı-ayrı vә qruplar halında rast gәlinir. Fәsilәnin digәr cinsindәn yarpaq vә çiçәklәrinin iri, meyvәsinin qutucuq tipindә vә üst yumurtalığa malik olması ilә seçilir. Relikt bitki sayılan X. dekorativ bitkidir (xüsusәn çiçәklәyәn vaxtı), o, hәmçinin dәrman, balverәn, efiryağlı, aşı maddәli bitki kimi dә qiymәtlәndirilir. 13 növü Qafqazda, Sibirdә, Uzaq Şәrqdә yayılmışdır. Onlardan bәzilәri, çox zaman maralnik adlandırılan daur X.-si (R. dauricum) Uzaq Şәrqin vә Sibirin dağlarında, Qafqaz X.-si vә sarı X. Qafqaz dağlarında cәngәllik әmәlә gәtirir. X.-nin әksәr növlәri bәzәk bitkilәridir vә becәrilmә işlәrindә tәtbiq olunur (çoxlu sort vә hibridlәr alınmışdır), açıq vә qapalı torpaqlarda becәrilir; Tsutsuji vә Pentanthera yarımcinslәrindәn olan X.-lәr azaliyalar adlanır. X. vegetativ (cavan budaqların köklәşdirilmәsilә, kök zoğlarıyla) vә toxumlarla çoxaldılır. X.-lәr fitonsid, bakterisid vә insektisid xüsusiyyәtlәrә malikdir.
    Pont xanımәlisi (Rhododendron Ponticum).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 