Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XANİLƏR 
    XANİLƏR (özlәrini adamlar adlandırırlar) – Çinin c.-q.-indә (Yunnan әyalәtinin c.-u) Tibet-Birma xalqı. Sayları 1,7 mln. nәfәrdir (2010). Lantsanszyan (Mekonq) vә Yuansz yan (Qırmızı) çayarasında yaşayırlar: ş.-dә Puer şәhәr dairәsindә (Motszyan-Xani muxtar qәzasında әhalinin tәqr. 60%-i, Szyan çen-Xani-İy muxtar qәzasında 50%- i, Ninyer-Xani-İy vә Çjenyuan-İ-Xani-Lahur muxtar qәzalarında 20%-dәn çox), c.-da Yuysi şәhәr dairәsindә (Yuantszyan- Xani-İ-Day muxtar qәzasında әhalinin 40%-inәdәk) vә Xunxe-Xani-İy muxtar dairәsindә (16%-dәn çox). Hәmçinin Vyetnamın şm.-q.-indә (Laytyau vә Laokay әyalәtlәrinin şm.-ında – 21,7 min nәfәr; 2009) vә Laosun şm.-ş.-indә (Phonqsali әyalәtinin şm.-ş.-i) yaşayırlar. Xani dilindә (lolo-Birma dillәrinin lolo qrupunun cәnub yarımqrupuna daxil olan ako dillәri) danışırlar; yazıları latın әlifbası әsasındadır (1957 ildәn; 1981 ildә düzәlişlәr olunmuşdur). Çindә X.-in tәrkibinә digәr lolo qrupları: akhalar, kadolar, piyölәr (biyuelәr), xaonilәr (budular, butszyaolar vә baykelәr daxil olmaqla), bayhunlar, simololar, donilәr, amular, sobilәr vә b. daxil edilir. Əsasәn, әnәnәvi inanclarını saxlayırlar, daoçular vә xristianlar (әsasәn, kadolar vә piyölәr arasında) da var. X.-in mәnşәyi Nançjao dövründә şimaldan köç etmiş syanların qollarından biri ilә bağlıdır; şifahi әnәnәlәri onları yilәrlә әlaqәlәndirir. Əsasәn, terraslarda xış әkinçiliyi (çaybasar çәltikçilik) ilә mәşğul olurlar; 2013 ildә X.-in Yuanszyan çayı vadisindә bir neçә yüz sәviyyәdә yerlәşәn çәltik terrasları Ümumdünya irsi siyahısına daxil edilmişdir. Çay (o cümlәdәn fermentlәşdirilmiş puer çayı) istehsalı qәdim әnәnәyә malikdir. Geyimlәri, әsasәn, tünd-göy parçadan tikilir; kişilәr düz biçimli düymәli gödәkcә vә şalvar, ağ, yaxud qara çalma, qadınlar çox vaxt qara rәngli yun corabla önlüklü әtәk, yaxud qısa şalvar, düz, yaxud sağ tәrәfdәn yanları üst-üstә qatlanan kofta, çәkili önlük geyinir, gümüş vә mis bәzәk әşyaları taxırlar. Dişlәrin qaraldılması adәtinә dә rast gәlinir. Mәtbәxlәri üçün әnәnәvi olaraq turş vә acı qida, qaxac әt sәciyyәvidir. Totem (әjdaha, qaban, meymun vә s.) qәbilәlәr saxlanılmışdır. Kәndlәrdә gәnc oğlanlar vә qızlar üçün evlәr var idi. Əcdadların kultu (evin mehrabında saxlanılan fiqur onlara ithaf olunurdu) yayılmışdı, Sәma (Abo-Momi) vә Yer (Aoy) allahına, sәmavi ilahәyә (Ouma), müqәddәs dağlara vә ağaclara sitayiş edirdilәr. Ocağı daim yanar saxlayırdılar. 2-ci ayın sonu – 3-cü ayın әvvәlindә “әjdaha ağacı”na; 6-cı ayın 24-cü günündә torpağa qurban vermә mәrasimi keçirilirdi; Yeni ili 10-cu ayda (oktyabrda) qeyd edirdilәr. Bayramları seçkili icma sәrәncamçısı vә şaman (çox vaxt qadın) idarә edirdilәr. Nağıllar, miflәr (o cümlәdәn Ümumdünya tufanı haqqında), mәdәni qәhrәmanlar haqqında әfsanәlәr, polifonik nәğmәlәr; musiqi alәtlәrindәn fleyta (labi) vә üçsimli ud (lahe) saxlanılmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 