XÁNKA DÖVLƏT TƏBİƏT QORUĞU – RF-nin Primorye diyarı әrazisindәdir. Sah. 392 km2-dir (56 km2-ini göl akvatoriyası tutur). 1990 ildә Xanka gölünün subataqlıq hövzәsini qorumaq mәqsәdilә yaradılmışdır. 2005 ildә YUNESKO-nun biosfer rezervatlar şәbәkәsinә daxil edilmişdir. Beynәlxalq әhәmiyyәtli su-bataqlıq tәsәrrüfatıdır. Beş sahәdәn ibarәtdir. Hidroqrafik şәbәkәsi Xanka gölü vә ona tökülәn çoxsaylı çaylardır. Bitki örtüyündә otlu çәmәnlәr üstünlük tәşkil edir. 1 şamağacı, 6 çiçәkli bitki növü RF-nin Qırmızı kitabına salınmışdır. Qoruq әrazisindә Himalay ayısı, yenotabәnzәr it, iri çölsiçanı, Amur kirpisi mәskunlaşmışdır; su hövzәsi balıqla zәngindir. Xanka gölü su quşlarının (Daur durnası, Uzaq Şәrq leylәyi, Misir vağı vә s.) yuvalama, köçәri quşların isә istirahәt vә qidalanma yeridir. 6 molyusk vә balıq növü, yumşaqbәdәnli tısbağa, 43 quş növü, Amur pәlәngi, qırmızı canavar RF-nin Qırmızı kitabına daxil edilmişdir.










