XANKƏNDİ (1923 ilәdәk Xankәndi, 1923–91 illәrdә Stepanakert, 26.11.1991 ildәn Xankәndi) – Azәrb. Resp.-nda şәhәr. Bakıdan 329 km aralı, Qarqar çayı sahilindә, Qarabağ silsilәsinin ş. yamacındadır. Əh. 53,6 min (2019).
Tarixi mәnbәlәrә görә, 18 әsrin sonlarında Qarabağ xanlarının istirahәti üçün yaşayış mәskәni xanlığın paytaxtı Pәnahabaddan (indiki Şuşa) 10 km mәsafәdә, dağ әtәyindә salınmışdır. Yeni yaşayış mәskәnindә yalnız xan ailәsi vә onun yaxınları yaşadığından el arasında “xanın kәndi” kimi tanınmış vә X. adını almışdır. Qarabağlı İbrahimxәlil xanın malikanәsi olan X.-dә xana mәxsus cins atlar vә sağmal heyvanlar saxlanılırdı. Xanlıq Rusiyaya birlәşdirildikdә X. sonuncu Qarabağ xanı Mehdiqulu xanın arvadı Pәricahan bәyimә bağışlanmışdı. Çar Rusiyası tәrәfindәn işğal olunduqdan sonra böyüyәn X.-yә İrandan köçürülәn ermәnilәr yerlәşdirilir, onlar çar ordusunun hәrbi hissәlәrindә vә dövlәt idarәlәrindә işlә tәmin edilirdilәr. 1898 ildәn sonra çar hökumәti X.-ni hәrbi qәrargaha çevirdi. 1900 ildә X.-dә 3 min әhali yaşayır, hәtta ikisinifli mәktәbdә fәaliyyәt göstәrirdi. 1918–20 illәrdә X.-dә AXC-nin hәrbi hissәlәri yerlәşirdi. Sovet hakimiyyәti qurulduqdan sonra Azәrb. SSR MİK-in 1923 il 10 avqust tarixli dekretinә әsasәn X. Stepan Şaumyanın adı ilә Stepanakert adlandırılmış vә Dağlıq Qarabağ MV-nin mәrkәzi olmuşdur. 1920-ci illәrdә X.-dә ermәni әhalisi fәal mәskunlaşdırılmağa başladı. 1939 ildә qәsәbә әhalisinin sayı 10 min, 1959 ildә 20 min, 1970 ildә 30 min, 1988 ildә 60 min idi. 1978 ildә X. şәhәr statusunu almışdır. 1988 ildә Erm. SSR-dәn gәlmiş ermәni emissarlarının tәşkilatçılığı ilә X.-dә ermәnilәr Dağlıq Qarabağın Azәrb.-dan qoparılaraq Erm.-a verilmәsi tәlәbi ilә icazәsiz mitinqlәrә başladılar. 1988 ilin sentyabr ayında ermәnilәr X.-dә yaşayan azәrb.-ların hamısını şәhәrdәn qovdular, 1990 ildә X.-yә sovet ordusunun bir neçә xüsusi tәyinatlı hәrbi birlәşmәsi göndәrildi. 1991 ilin sentyabrında şәhәr qondarma Dağlıq Qarabağ Resp.-nın nәzarәtinә keçdi. 1991 il noyabrın 26-da Azәrb. Resp. Ali Sovetinin qәrarı ilә şәhәrin әvvәlki adı bәrpa edildi. Vәtәn müharibәsi (2020) başa çatdıqdan sonra imzalanmış üçtәrәfli bәyanata uyğun olaraq X.-dә Rusiya sülhmәramlı qüvvәlәrinin mәrkәzi qәrargahı yerlәşirdi. Azәrb. Resp.-nın Silahlı qüvvәlәri tәrәfindәn 2023 il sentyabrın 19–20-dә keçirilәn lokal antiterror tәdbirlәri nәticәsindә X. ermәni işğalından azad edildi.










