Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XANKƏNDİ KURQANLARI
    XANKƏNDİ KURQANLARI – Azәrb. Resp.-nın Xankәndi ş.-nin şm.-ında, Xocalı ilә hәmsәrhәd әrazidә Tunc dövrünә aid arxeoloji abidә. Bir-birinin yaxınlığında yerlәşәn 12 kurqan müәyyәnlәşdirilmişdir. Kurqanların hәr birindә 40–50 ölü basdırılmışdır. Hünd. 1,5 m, diametri 24 m olan 119 №-li kurqanın tәpәsi bir qәdәr dağılmışdır. Kurqanın altındakı әn qәdim torpaq qәbirin üstündә düzәldilmiş meydança novşәkilli oyuqla әhatәlәnmiş, şm.-ş. tәrәfdәki girişi böyük daş plitә ilә örtülmüşdür. Girişin sağ tәrәfindә insan skeletinә rast gәlinmişdir. Diametri 4,5 m olan dairәvi meydançada 36 böyük vә azyaşlı insan skeleti qeydә alınmışdır. Skeletlәr bükülü, oturaq, uzadılmış, müxtәlif istiqamәtlәrә yönәldilmiş vәziyyәtdә dәfn olunmuşdur.Bir çox halda ölülәrin başı altına gil camlar vә ya daş qoyulmuşdur; müxtәlif әşyalarla, o cümlәdәn daşdan, metaldan, sümükdә  düzәldilmiş әmәk alәti, qızıl vә ya başqa bәzәk әşyaları, içәrisinә azuqә qoyulmuş qab-qacaqla birlikdә dәfn edilmişdir. Mәrkәzi hissәdә arxası üstә uzadılmış böyük insan skeleti aşkarlanmışdır. Onun әtrafında daş toppuz, tunc nizә ucluğu, 2 daş hәvәng tapılmışdır. Qәbirin c.-ş. hissәsindә 6 daş oxucluğuna, 5 sümük iy başlığına, şm.-ında isә pasta muncuqların qızıl pilәklәrinә vә 6 daş asmaya rast gәlinmişdir. Bundan başqa qәbirdәn toxuma karkas üzәrindә hazırlanmış 22 әdәd әzilmiş gil qab tapılmışdır. Kollektiv dәfnlә seçilәn bu qәbirgil mәhlulla bәrkidilmiş çay daşları ilә qapadılmışdır. Bu tәbәqәdәn üstdә Son Tunc dövrünә aid kollektiv dәfn qeydә alınmışdır. Burada aşkar olunan 125 №-li kurqan hәcmcә kiçik olsa da, 3 tәbәqәlidir. Erkәn Tunc dövrünә aid kollektiv dәfndәn yalnız bükülü vәziyyәtdә, sol yanı üstә olan bir skelet qalmışdır. Onun baş vә ayaq tәrәfindә keçi skeletinә rast gәlinmişdir. Yaxınlıq da daş toppuz, tunc nizә ucu, çaxmaqdaşıdan 5 ox ucluğu, qızıl tәbәqәdәn asma, daş hәvәng, 30 obsidian (d ә v ә g ö z ü) parçası, 1 nukleus vә gil qab parçaları aşkarlanmışdır.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 