XANQÁY – Monqolustanın mәrkәzi hissәsindә yayla. Uz. tәqr. 700 km, eni 200 km-ә qәdәrdir; 2000–3000 m hünd.-lәr üstünlük tәşkil edir; maks. hünd. 4021 m (Otxon-Tenqer-Uul d.). Qranit, şist, qumdaşı, bazaltlardan ibarәtdir. Zirvәlәri hamar, yamacları geniş çay dәrәlәri ilә kәsilmişdir. Dәmir filizi, sәpinti qızıl vә s. faydalı qazıntılar vә mineral bulaqlar var. Landşaftı quru çöl vә meşәdir (qaraşam, şamağacı, tozağacı, sidr ağacı). Rezervatlar var.

Xanqay yaylası.










