XANLAROV Orxan Mirzә oğlu (d.10.1.1994, Bakı) – Azәrb. idmançısı. Milli idman növlәri üzrә idman ustası (2014). Zorxana gülәşi üzrә Avropa çempionu (2014, Minsk), dünya kubokunun bürünc (2015, Düşәnbә; 2016, Cakarta) mükafatçısı olmuşdur. Azәrb. Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasını bitirmişdir (2015).










