XANLAROV Tәlәt Ağası bәy oğlu (26.8. 1927, Bakı – 2004, Bakı) – Azәrb. memarı. Azәrb. SSR Dövlәt mükafatı laureatı (1967). Azәrb. SSR әmәkdar memarı (1975). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1956). 1956–92 illәrdә Dövlәt Tikinti vә Arxitektura Komitәsinin “Azәrdövlәtlayihә” Baş Dövlәt Layihә İntunda memar, 2 nömrәli memarlıqlayihәlәndirmә şöbәsinin rәhbәri, in-tun baş memarı, Azәrb. Memarlar İttifaqı Rәyasәt Heyәti sәdrinin 1-ci müavini vәzifәlәrindә işlәmişdir. 60-dan çox layihәnin [Heydәr Əliyev ad. İdman vә Konsert Kompleksi (1990), Bakının “İçәrişәhәr” (1967), “Memar Əcәmi” (1986) metro stansiyaları, Sumqayıt ş.-ndә “Kimyaçı” mәdәniyyәt sarayı (1985), Naxçıvan ş.-ndә “Tәbriz” mehmanxanası (1987), Bakıda İmam Rza mәscidi (1992), Qafqaz İslam Un-ti kompleksi (1995), bir neçә yaşayış vә inzibati binalar vә s.] rәhbәri olmuşdur.
Bir çox görkәmli şәxsiyyәtlәrin (Qara Qarayev, Hüseyn Cavid vә b.) yaşadıqları binalarda xatirә lövhәlәrinin vә qәbirüstü abidәlәrin müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur.











