XANLAROVA Anaxanım Hüseyn bәy qızı (28.10.1915, Bakı – 7.2.2007, Bakı) – neft kimyası sahәsindә Azәrb. alimi, texnika e.d. (1967), prof. (1979). Bakı Dövlәt Un-tini bitirmişdir (1939). SSRİ EA Azәrb. Filialının Kimya İn-tunda laborant, kiçik elmi işçi (1936–45), Azәrb. EA Neft İntunda böyük elmi işçi vә laboratoriya müdiri (1945–52), Dәnizneft qazlayihә Dövlәt Elmi Tәdqiqat Layihә İn-tunda (DNQLDETLİ; 1952–68) vә Azәrb. EA Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda laboratoriya müdiri, DNQLDETLİ şöbә müdiri (1971–80), baş elmi mәslәhәtçi vә aparıcı elmi işçi (1980–2006) vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları metalların dәniz korroziyasının öyrәnilmәsi, metal vә qeyri-metal әsaslı örtüklәrin yaradılması vә tәtbiqi sahәsindәdir. Elmi kadrların hazırlanmasında xidmәti var. 300-dәn çox elmi әsәrin, o cümlәdәn 5 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Neytral mühitlәrdә poladın korroziyadan qorunması (hәmmüәlliflәrlә). B., 1962.










