XANLAROVA Zeynәb Yәhya qızı (d.28.12.1936, Bakı) – Azәrb. müğәnnisi (lirik soprano), Azәrb. SSR xalq artisti (1975), SSRİ xalq artisti (1980). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1988). A.Zeynallı ad. Bakı Musiqi Mәktәbini (1961, S.Şuşinskinin sinfini) bitirmişdir. Hәmin ildәn Ə.Bakıxanov ad. Azәrb. Dövlәt Xalq Çalğı Alәtlәri Ansamblının vә Azәrb. Dövlәt Akademik Opera vә Balet Teatrının solisti olmuşdur. O, Ü.Hacı bәylinin “Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm” operalarında Leyli, Əsli obrazlarını yaratmışdır. 1975 ildәn özünün yaratdığı xalq çalğı alәtlәri ansamblının bәdii rәhbәridir. X.-nın repertuarında Şahnaz, Mahur, Qatar, Xaric segah, Hümayun, Bayatı-kürd, Bayatı-Şiraz muğamları, Şur, Cahargah, Dilkeş tәsniflәri, Azәrb. xalq mahnıları, Azәrb. bәs tәkarlarından Q.Qarayev, F.Əmirov, T.Quliyev, C.Cahangirov, A.Mәlikov, E.Sabitoğlu, Ə.Tağıyev vә b.-nın, Şәrq xalqlarının (әfqan, әrәb, İran, türk, yapon vә s.) mahnıları geniş yer tutur. X. Azәrb. qadın xanәndәlәri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. Çıxışların da rәqs elementlәrindәn geniş istifadә edәn X.-nın ifası üçün qaynatmalar, zәngulәlәr, yüksәk sәhnә mәdәniyyәti sәciyyәvidir. Azәrb. bәstәkarlarının vә xalq musiqisinin populyarlaşmasında xidmәti böyükdür. O, hәmçinin bir sıra mahnıların müәllifidir. Haqqında “Salam, Zeynәb!” adlı sәnәdli televiziya filmi çәkilmişdir (1982). 1986 ildә X. Ümumittifaq qrammofon valları firmasının (“Melodiya”) “Qızıl val”ına layiq görülmüşdür. Azәrb. SSR Ali Sovetinin (11-ci, 12-ci çağırış), Azәrb. Resp. Milli Mәclisinin (1–5-ci çağırış) deputatı olmuşdur. X.-nın mahnılarından ibarәt 38 val, albomlar, minyon vә sinqllar buraxılmışdır. Dünyanın bir çox ölkәsindә qastrol sәfәrindә olmuşdur.

Azәrb. Resp.-nın “İstiqlal”, “Heydәr Əliyev” ordenlәri ilә tәltif edilmişdir.
Əd.: R ә h m a n z a d ә F. Nәğmә dolu könül. B., 1985.










