XANLIQ – orta әsrlәrdә türkdilli xalqlarda ictimai-siyasi birlik. Xan idarә edirdi (adıda buradandır). Krım, Hәştәrxan, Kazan X.-ları daha mәşhur idi. 18 әsrin 40-cı illәrindә Azәrb.-da 10-dan çox X. meydana gәlmişdi. Onlardan Qarabağ, Quba, Şәki, Xoy, Urmiya X.-ları Azәrb.-ın siyasi hәyatın da mühüm rol oynamışdı. X.-lar 19 әsrin ikinci yarısınadәk mövcud olmuşdu.










