XANLIQ – Azәrb. Resp. Qubadlı r-nunda kәnd. Xanlıq ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 16 km c.-ş.-dә, Hәkәri çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 3130 (2020); işğaldan (1993, avqust) әvvәl әkin çilik vә heyvandarlıqla mәşğul olurdu. Orta vә texniki peşә mәktәblәri, mәdәniyyәt evi, kitabxana, kinoqurğu, xәstәxana var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 25 oktyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










