XANLIQ ŞÜKÜR (1872, Şuşa – 1927, Şuşa) – Azәrb. xanәndәsi. Yoxsul kәndli ailәsindә doğulmuşdur. Gәnc yaşlarından X.Natәvanın dәvәti ilә Xan sarayında yaşadığına görә Şuşa әhli onu “Xanlıq Şükür” deyә çağırmışlar. Musiqi tәlimini dövrünün mәşhur xanәndәsi Hacı Hüsüdәn almış, ondan Azәrb. muğamlarının incәliklәrini öyrәnmişdir. Natәvanın vә onun rәhbәrlik etdiyi “Mәclisi-üns” әdәbi mәclisinin X.Ş.-ün xanәndә kimi yetişmәsindә böyük rolu olmuşdur. X.Ş. 1910 ildә Bakıda Ü.Hacıbәylinin “Leyli vә Mәcnun” operasında vә 1913 ildә Şuşada H.Sarabskinin benefisindә İbn Sәlam rolunu oynamışdır. Şur, Segah, Şüştәr, Zәminxarә, Hicaz vә digәr muğam vә tәsniflәrlә yanaşı, Azәrb. xalq mahnılarının da mahir ifaçısı olmuşdur.










