XANLIQLAR (1994 ilәdәk Musaköy) –Azәrb. Resp. Qazax r-nunda kәnd. Xanlıqlar ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 5 km c.-q.-dә, Ağstafa çayının sağ sahilindә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 3647 (2019); heyvandarlıq vә әkinçiliklә mәşğuldur. Tam vә ümumi orta mәktәb, peşә liseyi, uşaq bağçası, klub, sәnәtkarlıq evi, kitabxana, poçt, tibb mәntәqәsi, EATS var.










