XANLIQLAR – Azәrb. Resp. Şәrur r-nunda (Nax. MR) kәnd. Xanlıqlar ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 8 km c.-ş.-dә, Şәrur düzündәdir. Əh. 2709 (2020); üzümçülük vә heyvandarlıq mәşğuldur. Üzüm emalı z-du, tam orta mәktәb, mәdәniyyәt evi, kitabxana, klub, poçt, ambulatoriya, baytarlıq mәntәqәsi var.










