XANLIQPƏYƏ – Azәrb. Resp. Şuşa r-nunun Sәfixanlar ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 24 km q.-dә, Qarabağ silsilәsinin әtәyindәdir. Əh. 309 (2019); işğaldan (1992, may) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Feldşer-mama mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 8 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










