XANLİN (X a n l i n - y u a n; Fırçalar meşәsi palatası) – Çindә saray alimlәri birliyi, akademiyanın bir növü. Formalaşması Tan dövrünün әvvәllәrinә aiddir, rәsmәn 738 ildә Süan Szunun hakimiyyәti dövründә tәsis olunmuşdur. İlk vaxtlar X. üzvlәrinin әsas vәzifәsi imperator nәslinin nümayәndәlәrinә tәhsil vermәk vә imperator fәmanlarının qaralamasını tәrtib etmәk idi. Bu da akademiyanı faktiki olaraq imperator katibliyinә vә mühüm dövlәt vәzifәlәri üçün kadr ehtiyatına çevirmişdi. Sun dövründә saray rәssamları da X.-in sәrәncamına verildilәr. Konfusiçi әdәbiyyat sahәsindә ekspertlәr qismindә X. üzvlәri ketszyuy dövlәt imtahanlarına tapşırıqların hazırlanmasına vә imtahanların keçirilmәsinә cavabdehlik daşıyır, hәmçinin mәmurlar üçün Qot szıszyan ali mәktәbindә dәrs deyir vә rәsmi tarixlәrin tәrtibi ilә mәşğul olurdular. Mәhz bu, Yuan dövründә bir neçә onillik әrzindә imtahanların keçirilmәsinin dayandırıldığı vaxtda X.-in әsas funksiyası idi. X. Min dövründә tam şәkildә bәrpa edildi; X. üzvlәri imperator tәrәfindәn tәsdiqlәnmiş antologiyaların (mәs., Yunle da-dyan ensiklopediyası) hazırlanmasına cavabdeh oldular. 1407 ildә X. nәzdindә xarici lәhcәlәr lüğәtlәrinin tәrtibi vә tәrcümәçilәr hazırlamaqla mәşğul olan “Dünyanın dörd tәrәfindәki barbarlar palatası” (Sı vә quan) tәsis edildi. X. üzvlәrinin sayı bu dövrdә maksimuma (200 nәfәrdәn çox) çatdı. Sin dövründә antologiyaların tәrtibi zamanı bir çox halda qәdim mәtnlәri mancurlar üçün “alçaldıcı” mәlumatlardan tәmizlәmәk mәqsәdilә X.-in senzura funksiyası güclәndi. Ali mәmurlara vә әyanlara formal olaraq X.-in bu vә ya digәr dәrәcәsinin verilmәsi geniş vüsәt aldı. 1900 ildә X. binası böyük kitabxanası ilә birlikdә ixetuanlarla döyüşlәr zamanı mәhv oldu; 1911 ildә X. akademiyası lәğv edildi. Şairlәrdәn Li Bo, Du Fu, Bo Tszüy-i, Su Şi, Çjao Menfu (1254–1322), tarixçilәrdәn Sıma Quan (1019–86), Ouyan Syu (1007–72) vә Juan Yuan (1764–1849), siyasәtçilәrdәn Van Anşi, Li Xunçjan vә b. X. üzvlәri idilәr.










