XANMÚN – Qәdim Çin venyan yazılı dilinin koreyalaşdırılmış forması, feodal Koreyasının әdәbi vә işgüzar dili (eramızın ilk әsrlәri – 19 әsrin sonları). Koreya xalq danışıq dilindәn ayrılmış X. dialektüstü sәciyyәli vә universal yazılı ünsiyyәt vasitәsi idi. Çin dili orta әsrlәrdә Koquryo, Pekçe vә Silla Koreya dövlәtlәrindә yazı dili olmuşdur (X. dilindәki әn qәdim abidәlәr 4–5 әsrlәrә aiddir); Koreyada o, bir sıra dәyişikliklәrә mәruz qalmışdır. Bәzi heroqliflәrin mәnası dәyişmiş, yeni heroqliflәr vә yeni sistemlәr yaradılmışdır. Lakin nә Çin yazısını Koreya iltisaqi dili yazısına uyğunlaş dırmaq cәhdlәri, nәdә 15 әsrin ortalarında Koreya fonetik әlifbasının tәtbiq edilmәsi X.-un statusuna tәsir etmәmişdir. 1894 ilә qәdәr o, Koreyada dövlәt idarәçiliyi, mәdәniyyәt vә imtiyazlı tәbәqәlәrin tәhsilindә yazı dili olaraq qalmışdır. X. dilindә orta әsrlәr Koreyasının elm vә tarixi ilә bağlı bütün әsәrlәr vә xanmunxak adlanan bәdii әdәbiyyatı yaradılmışdır. Uyğunlaşdırılmış Çin-Koreya ideoqrafik-fonetik yazısı yalnız 19 әsrin sonlarından geniş yayılmışdır. X. dili xanmun leksikasının böyük hissәsinin yaradılması üçün mәnbә olmuşdur. KXDR vә Koreya Resp.-nda ifrat “dil nizamlanması” ilә әlaqәdar bir çox X. sözlәri әzәli Koreya sözlәri ilә әvәz edilir.










