XAN-TENQRİ – Mәrkәzi Tyanşanda, Qırğ. Resp. әrazisindә Tenqritaq silsilәsinin zirvәsi. Hünd. 6995 m. Şiş uclu piramida formasındadır. Mәrmәr vә mәrmәrlәşmiş әhәng daşından ibarәtdir. Tyanşanda böyük buzlaşma sahәsi (tәqr. 2500 km2) X.-T. vә Qәlәbә piki r-nundadır. İlk dәfә 1931 ildә rus alpinistlәri (M.Poqrebetski, B.Türin, F.Zauberfer) tәrәfindәn fәth edilmişdir.

Xan-Tenqri zirvәsi.










