Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XANTILAR 
    XANTILAR (şimali X. özlәrini x a n t i l ә r, x a n t e l ә r; şәrqi X. x a n t a x l a r, k a n t e x l ә r, k a n t e k l ә r; cәnubi X.x a n d e l әr adlandırırlar; nen dilindә x a b i l ә r, komi-zıryan dilindә y e q r a l a r, tatarca u ş t e k l ә r, e ş t e k l ә r, i s t e k l ә r, qәdim rusca o s t y a k l a r) – Rusiyada Ob uqorları qrupundan xalq. Ob çayının aşağı axarı hövzәsindә vә İrtış çayının aşağı axarında yaşayırlar. Sayları 30,9 min nәfәrdir (2010), onlardan 29,3 min nәfәri Tümen vil.-ndә (o cümlәdәn Xantı-Mansi muxtar mahalı – Yuqrada 19,1 min nәfәr, Yamal-Nen muxtar mahalında – 9,5 min nәfәr) mәskunlaşmışdır. Əsasәn, rus dilindә danışırlar, 9,5 min nәfәrdәn çox xantı dilini saxlamışdır; nen vә komi dillәri dә yayılmışdır. Dindarları xristiandır.
    Linqvistik mәlumatlara әsasәn X. ilә mansilәrin әcdadları e.ә. 1-ci minilliyin әvvәllәrindә ayrılmışlar. Eramızın 1-ci minilliyindә X.-ın lokal qrupları formalaşmışdı: Aşağı vә Orta Obboyunda (Orontur tipli abidәlәr) şimali X., Aşağı vә Orta İrtışboyunda (Potçevaş mәdәniyyәti) artıq 1-ci minilliyin ortalarında türklәrin tәsirinә mәruz qalmış cәnubi X., hәmçinin şimali vә cәnubi X.-ın qarşılıqlı әlaqәlәri nәticәsindә meydana gәlmiş şәrqi X. 11–13 әsrlәrdә Aşağı Oba (Yuqraya) Novqorod vә komizıryan tacirlәri nüfuz etmiş, Volqa-Kama Bul qarıstanı ilә әlaqәlәr güclәnmiş, xәzli heyvanların ovunun rolu, hәmçinin İran, Orta Asiya, Bizans vә Qәrbi Avropa gümüş müxәllәfatının idxalı artmışdı. 15–17 әsrlәrdәn X.-ın mansilәr tәrәfindәn şәrqә, türklәr tәrәfindәn şimala doğru sıxışdırılmaları baş verir. Şәrqә köç edәn X. burada selkupları sıxışdırmış, şimalda X.-ın bir qismi nenlәr tәrәfindәn assimilyasiyaya uğramışdı. X.-da tayfalar vә erkәn siyasi qurumlar: Koda knyazlığı, Obdor knyazlığı, Kunovat knyazlığı vә s. formalaşmışdır.
    Ənәnәvi geyimli xantılar.
    Ənәnәvi mәdәniyyәtlәri Qәrbi Sibir xalqları üçün sәciyyәvidir. Ob, İrtış, Konda çaylarında balıqçılıq, onların qollarında ovçuluq üstünlük tәşkil etmişdir. Maralçılıq inkişaf etmişdir: şimali X.-da Qәrbi Sibir tipli qoşqu vasitәsi kimi istifadә olunan iri maral sürülәri (400 başadәk; 1000 km-әdәk meridional istiqamәtdә köç); tayqa zonasında (Obun qolları boyu) yaxın mәsafәlәrә köç edәn kiçik maral sürülәri (10–30 baş), dağ-tayqada (Uralönü) şaquli istiqamәtdә köç edәn köçәbә maralçılıq. Cәnubi X.-da heyvandarlıq vә tәrәvәzçilik yayılmışdı; atçılıq X.-ın mәdәniyyәtindә dәrin iz qoymuşdur. Yayda uz. 7 m-әdәk olan oyulmuş qayıqlarda (oblas) hәrәkәt edirdilәr. Şimali X. maralları samodi tipli çәpәki xizәk dirәkli nartaya qoşurdular. Adәtәn 5, böyük çayların balıqçılarında isә 30-adәk tәsәrrüfatdan ibarәt qış mәskәnlәrindә (teda-puqol, tal-puqol, tellak-puqol) ovçuluq vә buzaltı balıq ovu ilә mәşğul olurdular. Möhkәmlәndirilmiş mәskәnlәr dә mövcud idi. Evlәri piramida formalı yarımqazmalar (mıq-xot), yaxud alçaq kәrtmә komalar (pau-xot) idi. Mövsümi karkaslı evlәrin üstü ağac qabığı ilә örtülürdü. Şimal maralçılarında çum (yorn-xot) da qalmaqdadır. Üst geyimlәri Uralyanı (malitsa – malti, molsi, molıpsi; qus – kus, kunış; parka – porxa) vә Qәrbi Sibir (mahud xalat – sak, qadın kürkü – sax vә s.) tipli, yaxud Yenisey tipli yanları tikişsiz, bütöv dәri (şәrqi X.-da löpıçop) idi. Tatuirlәmә (xüsusilә qadınlarda) tәtbiq olunurdu. Totem fratriyalara vә genealoji qruplara, yaxud “patronimi yalara” (sır, sur, yax, yex, yöx) bölünürdülәr. Fratriya bölgüsü şimali X.-da saxlanılmışdır (Porfratriyası Ayı, Mos fratriyası Qaz, yaxud Dovşan totemi ilә әlaqәlәndirilirdi). Mifologiya, sәmavi allah Numi-Torumun vә ilahә-ulu ana Kaltas-ekvanın başçılıq etdiyi allahlar panteonu, Sәmavi atlı Mir-şeti vi-xo vә b.-nın kultları; şamanizm vә Ayı bayramı ayinlәri, mәbәdlәr (regional vә lokal, mәs., Beloqoryedә Mosfratriyasının kult mәrkәzi; әcdadların tәsvirlәri saxlanılan qәsәbә ictimai evlәri; ayı kәllәlәrinin saxlanılması üçün döşәnәklәr; müqәddәs әşyaların saxlanıldığı ev anbarı – qırmızı guşәdә “müqәddәs” rәflәr vә çardaqda sandıqlar), allahların tәsviri, mal-qaranı qurbanvermә yayılmışdır; ayinlәrdә Qәdim Şәrq gümüş qabları әhәmiyyәtli rol oynayır. Folklorlarına miflәr, qәhrәmanlıq dastanları, әfsanәlәr, rәvayәtlәr, nağıllar, nәğmәlәr daxildir. Musiqi alәtlәrindәn sitra (pananq-yux), bucaqlı arfa (torop-yux), 1–2 simli yayla çalınan (nin-yux), varqan (tamra) yayılmışdır. Ornamentika inkişaf etmişdir: tozağacı qabığı üzәrindә oyma vә naxışbasma, xәz, zamşa vә parça üzәrindә qurama vә mozaika, muncuqdan toxuma; cәnubi X.-da gicitkәn saplarından olan alınma vә toxunma giş üzәrindә naxış tikmә (romb, cüt quşların fiqurları vә s.) mövcud idi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 