Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XÁNTI-MANSİ MUXTAR MAHALI–YUQRA
    XÁNTI-MANSİ MUXTAR MAHALI–YUQRA – RF-nin subyekti. Tümen vil. әrazisindәdir. Ural federal dairәsinә daxildir. Sah. 534,8 min km2. Əh. 1,6 mln. (2016). İnz. m. Xantı-Mansiysk ş.-dir. 9 r-nu, 16 şәhәri, 24 ştq. var.
     
    Tәbiәt. Mahalın әrazisi Qәrbi Sibir düzәnliyinin mәrkәzi hissәsindә yerlәşir. Əsasәn, ovalıq vә düzәnliklәrdәn ibarәtdir; yüksәkliklәr (1895 m-әdәk) var. Ərazi tektonik cәhәtdәn Qәrbi Sibir platformasının Daxili tektonik vil.-nin mәrkәzi-cәnub seqmenti ilә әlaqәdardır. İri neft, neft-qaz, neft-qaz-kondensat, qaz vә qaz-kondensat yataqları (350-dәn çox) var. Digәr faydalı qazıntıları: qızıl (köklü vә sәpinti), mis, sink, dәmir, manqan, titan, zirkon, tantal, niobium, boksit, almaz, kvars, qonur kömür, tәbii tikinti materialları vә s. İqlimi kontinentaldır. Qışı uzun (tәqr. 9 ay) vә sәrt keçir; yayı mülayimdir. Orta temp-r yanvarda –18,2-dәn –24,2°C-yәdәk, iyulda 15,7–18,4°C-dir. İllik yağıntı tәqr. 600 mm, dağlarda 800–1000 mm. Şm.-ı çoxillik donuşluqdur. Sıx çay şәbәkәsi Kara dәnizi hövzәsinә aiddir. Mühüm çayları Ob vә onun qollarıdır (soldan: Böyük Yuqan, Böyük Salım, İrtış, Şimali Sosva; sağdan: Vax, Aqan, Pim, Lyamin, Nadım, Kazım vә s.). Tәqr. 300 min göl var.
    Dövlәt hakimiyyәti orqanları. Muxtar mahalın dövlәt hakimiyyәti orqanları sistemi RF-nin Konstitusiyası vә Xantı-Mansi muxtar mahalı – Yuqranın Nizamnamәsi (Əsas qanunu) (1995) ilә müәyyәnlәşdirilir. Mahalda dövlәt hakimiyyәtini daimi fәaliyyәt göstәrәn vә yeganә qanunverici (nümayәndәli) dövlәt hakimiyyәti orqanı olan Xantı-Mansi muxtar mahalı – Yuqra Duması hәyata keçirir. Duma muxtar mahalın әhalisi tәrәfindәn ümumi bәrabәr vә birbaşa seçki hüququ әsasında gizli sәsvermә yolu ilә 5 il müddәtinә seçilәn 38 deputatdan ibarәtdir. Deputatların yarısı seçki birliklәri tәrәfindәn vahid seçki dairәsi üzrә irәli sürülmüş namizәdlәrin siyahılarına verilmiş sәslәrә proporsional olaraq seçilir. 19 deputat isә birmandatlı seçki dairәlәri üzrә seçilir. Xantı-Mansi muxtar mahalı –Yuqranın ali vәzifәli şәxsi qubernatordur. O, ali icraedici dövlәt hakimiyyәti orqanı olan mahal hökumәtinә başçılıq edir. Qubernatorun seçilmәsi qaydası federal qanun vericiliklә vә muxtar mahalın qanunvericiliyi ilә müәyyәnlәşdirilir.
    Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Mahalın әrazisi tayqa zonasında yerlәşir. 27, 43 mln. ha meşәlәrlә örtülüdür (2013). Meşәlilik 20%-dәn vә daha azdan (Surqut Polesyesi) 80%-әdәk (Sosva, Konda, Vax hövzәlәrinin ayrı-ayrı r-nları) dәyişir. Ümumi bitki ehtiyatı iynәyarpaqlılar 80%, yumşaqyarpaqlılar 19,9%-dir. Ağacların cins tәrkibi 45,8% şamağacı, 21,5% sidr, 9,5% küknar, 2,8% qara şamağacı, 14,6% tozağacından ibarәtdir. Şimal tayqa yarımzonasında (muxtar mahalın şm.-ı) meşә ilә örtülü sahәlәrin 63%-ni bataqlıq vә bataqlaşmış meşәlәr tәşkil edir; bunların arasında sidrlә qarışıq şamağacı, qara şam - ağacı meşәlәri, podzollaşmış vә torflu bataqlıqlardakı yastı vә iri tәpәcikli bataqlıq torpaqları ilә yanaşı qleyli torpaqlarda bitәn azmәhsuldar seyrәk tozağacı-küknar meşәlәri vardır. Orta tayqaya rımzonasında
    dәrәcәdә qırılmış yüksәk - mәhsuldar şam ağacı-şibyә meşәlәri yerlәşir. Xüsusilә Vax çayı hövzәsindә, Beloqorye materikindә illüvial-dәmirli torpaqların açıq rәngli, illüvial humusluların podzol torpaqlarında tünd iynәyarpaqlı meşәlәrin (sidr, küknar-sidr) payı olduqca çoxdur. Bataqlaşma tәqr. 40%-dir, ayrı-ayrı r-nlarda göllәşmә (Surqut Polesyesi) ilә bәrabәr. Keçid vә ovalıq bataqlıqları ilә yanaşı tirәli-çökәkli bataqlıqlar mövcuddur. Torf yatağının orta qalınlığı 2 m-әdәk, әn çoxu 10 m-әdәk olur. Urmanlar (tünd iynә yarpaqlı meşәlәr) vә ryamlar (xırda ağacların bitdiyi mamır bataqlığı) tipikdir. Cәnubdakı tayqada bataqlıqlarla yanaşı açıq rәngli çimli, çimli-podzol (2 m-lik humus horizontu ilә) torpaqlarda cökә qarışıq sıxotlu sidr-küknar-ağ şamağacı meşәlәri vardır.
    Mahalın qәrb (Ural) hissәsinin şm.-ında seyrәk meşәlәr üstünlük tәşkil edir: 400–500 m-ә qәdәr hünd.-dә yamaclarda qara şamağacı, küknar-qara şamağacı, cәnuba doğru uzunmüddәt mövsümi donmuş dağtundra torpaqlarında vә qonurtәhәr (600–700 m-әdәk) torpaqlarda bitәn sidr-küknar, küknar-qara şamağacı meşәlәri yerlәşir. Yuxarılara doğru onlar çox vaxt subalp vә Alp çәmәnlikli talalarla yanaşı kolluqlu vә daşlı seyrәk meşәliklәr vә buzlaq-nival kompleks sahәlәri olan tundra ilә әvәzlәnir (Qütbyanı Ural). Heyvanlar alәmi quruda yaşayan 310 növ onurğalı, 60 növ mәmәli, o cümlәdәn 20 növ ov heyvanı: samur, sincab, safsar, ağ dovşan, tülkü vә s. ilә tәmsil olunur. 250 növ quş (Sibir xoruzu, Bonazi tetrası, ağ kәklik, tәnbәlcüllüt, yaşılbaş ördәk, әkin qazı, qılquyruq ördәk vә s.) yaşayır. Ondatra, Amerika norkası, Barquzin samuru iqlimә uyğunlaşdırılmışdır. Çaylarda vә göllәrdә çoxlu (47 növ) balıq (nәrә, taymen, çökә, muksun, çil qızılbalıq, nelma, durna balıq vә s.) var. Mahalın sah.-nin 9%-ni әhatә edәn müxtәlif kateqoriyalı 28 mühafizә olunan tәbii әrazilәr, o cümlәdәn 2 dövlәt tәbiәt qoruğu: Kiçik Sosva, Yuqan; 4 tәbii park: Konda Göllәri, Sibir Uvalları, Numto, Samarovo çuqası; 3 federal, 9 mahal vә rayon yasaqlığı, tәbiәt abidәlәri vә s. var. Yuxarı Dvuobye vә Aşağı  Dvuobye su-bataqlıq yerlәri Ramsar konvensiyasına әsasәn qorunur.
    Əhali. Əhalinin 68,1%-ini ruslar, 7,6%-ini tatarlar, 6,4%-ini ukraynalılar, 1,3%-ini xantılar, 0,8%-ini mansilәr, 0,2%-ini komilәr, 0,1%-ini nenlәr vә digәrlәri tәşkil edir (2010 ilin siyahıyaalınmasına görә).
    Böyük şәhәrlәri (min nәfәrlә): Surqut (348,6), Nijnevartovsk (270,8), Nefteyuqansk (125,4), Xantı-Mansiysk (96,9), Koqalım (63,3), Nyaqan (57,1).
    Tarix. X.-M.m.m.–Y. әrazisindә insan mәskunlaşmasının әn qәdim izlәri Son Paleolitә aiddir (Xantı-Mansiysk yaxınlığındakı Luqovskoye paleoontoloji abidәsi; tәqr. 14 min il bundan әvvәl; ehtimal ki, nizә ilә deşilmiş mamont fәqәrәsi vә s.). Konda (tәqr. 40) vә Şimali Sosva (2) çayları hövzәsindәki abidәlәr Mezolit dövrünә (12/10–8 min il bundan әvvәl) aiddir; mәskunlaşma, ehtimal ki, Orta Uralar xasından vә İrtış boyunca gedirdi. Neolit dövrü (e.ә. 5–4-cü minilliklәr) Aşağı Obboyunda Çestıyyaq vә Amnya (o cümlәdәn Şimali Avrasiyada әn qәdim Amnya 1 şәhәr yeri) tipli abidәlәrlә, Sumpanya, Koşkino (şimal variantı) mәdәniyyәtlәrinin abidәlәri, hәmçinin Konda hövzәsindә Nemnyol, Satıqa, Çilimka tipli keramika ilә [o cümlәdәn “ayini tәpәlәr” (mәs., Çyortova Qora), Mezolit – Erkәn Neolit dövrünә aid Bolşaya Umıtya 100 mәzarlığı], Nadım-Pur suayırıcında, Orta vә Aşağı Obboyunda Yetto tipli abidәlәrlә, Surqut Obboyunda Bıstraya mәdәniyyәti abidәlәri, Barsova qora vә Kayukovo tipli abidәlәrlә, regionun ş. bölgәsindәki Bolşelaryak tipli abidәlәrlә tәmsil olunur.
     
    Xantı-Mansi Muxtar Mahali. İrtış çayı üzәrindә “Qırmızı әjdaha” körpüsü (Xantı-Mansiysk ş.).
    Konda hövzәsindә Eneolit dövrü (e.ә. 4-cü minilliyin ikinci yarısı – e.ә. 3-cü minillik) 4 mәrhәlәyә bölünür – Uşya, Yenıya, Atımya, Volvonça tipli abidәlәr; bir sıra tәdqiqatçılar onları daraqvarı hәndәsi naxışlı mәdәniyyәtlәr dairәsinә aid edirlәr. Aşağı Obboyunda Yasunt mәdәniyyәti, Şimali Sosva vә Uniyeqa tipli abidәlәr müәyyәnlәşdirilir. Surqut Obboyunda Son Bar sova qora tipli, Vax çayı hövzәsindә Vax tipli abidәlәr daha çox tәdqiq edilmişdir.
    Tunc dövrü (e.ә. 2-ci minilliyin әvvәllәri – e.ә. 8 әsr) Seymayaqәdәrki, Seyma (bax Seyma-Turbino mәdәniyyәti) vә Seymadansonrakı mәrhәlәlәrә bölünür. Konda hövzәsindә birinci mәrhәlә erkәn vә son Polımyat tipli abidәlәrlә, ikinci mәrhәlә Varpaul tipli tapıntılar vә Satıqa XVI mәzarlığı ilә, üçüncü mәrhәlә Lozva vә Atlım mәdәniyyәtlәri abidәlәri, Luçkino tipli vә daraqvarı-basma naxışlar әnәnәsinin Aşağı İrtış variantı materialları ilә tәmsil olunur. Aşağı Obboyunda birinci mәrhәlәyә Sartınya mәdәniyyәti, ikinci mәrhәlәyә Tov kurtlor 3 mәzarlığı, üçüncü mәrhәlәyә isә Atlım mәdәniyyәtinә mәxsus tapıntılar aid edilir. Surqut Obboyunda birinci mәrhәlә Kulyoqan tipli abidәlәrlә, ikinci mәrhәlә Sayqatino VI ayin kompleksi tipli materiallarla, üçüncü mәrhәlә Barsovo vә Atlım mәdәniyyәtlәrinә aid materiallarla, Vax hövzәsindә Bolşelaryak (digәr adı Erkәn Yelovka) tipli materiallarla tәmsil olunur. Onları bәzәn daraqvarı-basma keramika mәdәniyyәtinin Asiya vilayәtindә birlәşdirirlәr. Son mәrhәlәdә arealın q. hissәsindә bu mәdәniyyәt xaç ornamentli keramika mәdәniyyәti vilayәtinә (Orta Obboyunda Qamayun mәdәniyyәti elementlәri ilә) çevrilmişdir.
    Dәmir dövrünün başlanğıcı (Beloyarski-Vasyuqan mәrhәlәsi, e.ә. 8/7–4/3 әsrlәr) Kulmino vә Pereqrebnoye tipli abidәlәrlә, Aşağı Obboyu vә Konda hövzәsindә Qamayun mәdәniyyәtinin Vagil variantı ilә, Surqut Obboyunda isә Beloyarski vә Kalinkino mәdәniyyәtlәri ilә tәmsil olunur. Ənәnәlәrin unifikasiyası sonrakı mәrhәlәdә, Kulay mәdәniyyәtinin ümumiliyi çәrçivәsindә baş vermişdir. Eramızın 4 әsrindәn bu әsasda Ob-İrtış mәdәni-tarixi birliyi vә onun Karım mәrhәlәsi (6 әsrin әvvәlinәdәk), Zelyonaya Qorka mәrhәlәsi (6–7 әsrlәr), Kuçiminskaya mәrhәlәsi (8–9 әsrlәr), Kintus mәrhәlәsi (9 әsrin sonu – 12 әsr; bәzәn onun çәrçivәsindә 9 әsrin sonları – 10 әsrә aid Voj-pay mәdәniyyәti müәyyәnlәşdirilir), Sayqatino mәrhәlәsi (13–16 әsrlәr, Aşağı Obboyunda Emder tipli, Surqut Obboyunda isә Sayqatino tipli abidәlәr) formalaşmışdır. Bәzi tәdqiqatçılar Vax çayı hövzәsindә 6–8/9 әsrlәrә aid abidәlәri Rölka mәdәniyyәtinә aid edirlәr. Bu birliyin çәrçivәsindә ostyaklar (xantılar), voqullar (mansilәr), selkuplar tәşәkkül tapmışlar.
    Xantı-Mansi Muxtar Mahali. Yuqansk qoruğu.
    12 әsrdәn regionda yerli әhalinin әraziqә bilә birliklәri olan hakimliklәrin tәşәkkülü prosesi gedirdi. Onların hәrbi-inzibati, ticarәt, dini-ayini mәrkәzlәri “şәhәrciklәr” idi. Tәdricәn kiçik hakimliklәr daha böyük hakimliklәrә birlәşirdi. 15 әsrdә Koda, Konda, Pelım hakimliklәri mövcud idi, sonralar Kazım, Kunovat-Lyapin, Sosva, Beloqorye (Samarovo), Bardakovo hakimliklәri qeyd olunur. Hakimliklәrin sosial tәrkibi hakim nәslindәn (bu nәslin nümayәndәlәrindәn drujina tәşkil edilirdi), sıravi icmaçılardan, azsaylı qullardan ibarәt idi.
    1096 ildә novqorodlular Yuqraya yürüş etmişdilәr. 12 әsrin ikinci yarısından Yuqra Novqorod respublikasının volostlarından biri hesab olunurdu. 13–14 әsrlәrdә Novqorod respublikası ilә Yuqranı fәal ticarәt әlaqәlәri bağlayırdı, Novqorodda xüsusi tacir korporasiyası “Yuqorşina” mövcud idi. 12 әsr – 15 әsrin ortalarında novqorodlular öz mövqelәrini möhkәmlәndirmәk mәqsәdilә Obboyuna dәfәlәrlә hәrbi ekspedisiyalar tәşkil etmişdilәr.
    Böyük Moskva knyazı III İvan Vasilyeviçin hakimiyyәti zamanı Moskva knyazlığı (1478 ildәn Rus dövlәti) qoşunlarının Uralarxasına yürüşlәri (1465, 1483, 1499–1500) nәticәsindә Yuqra torpaqlarının bir hissәsi Rus dövlәtinin nominal tabeliyinә keçdi. Bölgәnin Rus dövlәtinә faktiki birlәşdirilmәsinә Yermakın (1582–85) yürüşündәn sonra başlanıldı. 1580–90-cı illәr әrzindә bütün yerli hakimlәr könüllü, yaxud işğal nәticәsindә rus çarının hakimiyyәtini tanıdılar. Əhali yasaq ödәmәli, mükәllәfiyyәtlәri yerinә yetirmәli idi. 16 әsrin sonlarında ruslarınilk yaşayış mәntәqәlәri salındı. Eyni zamanda bu mәskәnlәr sürgün yerlәri kimi istifadә edilirdi.
    17 әsr – 18 әsrin әvvәllәrindә Yuqra torpaqları Tobolsk razryadına daxil idi. 1640-cı illәrin ortalarında Ob uqorlarının lәğv edilәn hakimliklәrinin әrazilәrindә yasaq volostlar formalaşdırıldı. 18 әsrin birinci yarısında ostyakların vә voqulların arasında xristianlıq yayıldı. Regionun әrazisi Sibir qub.-nın (1708–82, 1724 ildәn onun Tobolsk әyalәtinin), Tobolsk qub.-nın (1782–1920, 1796 ilәdәk Tobolsk canişinliyi), Tümen qub.-nın (1920–23) vә Ural vil.-nin Tobolsk dairәsinin (1923–30) tәrkibinә daxil idi. Ostyakların vә voqulların әsas mәşğuliyyәtlәri balıqçılıq vә ovçuluq olmuşdur. Maralçılıq, әsasәn, nәqliyyat әhәmiyyәti daşıyırdı. Rus әhali ilә әlaqәlәr Ob uqorlarının rasionunda çörәyin yayılmasına gәtirib çıxardı. 19 әsrin ikinci yarısından rus sәnayeçilәri tәrәfindәn balıqçılıq sahәlәrinin icarәyә götürülmәsi geniş yayıldı. 19 әsrin sonları – 20 әsrin әvvәllәrindә region әrazisinә rusların fәal axını nәticәsin dә bir sıra yeni yaşayış mәntәqәlәri meydana gәldi.
    1930 ildә Ostyak-Voqul milli mahalı yaradıldı. 6 rayondan ibarәt mahalın mәrkәzi әvvәllәr Samarovo k. idi. 1931 ildә Samarovodan 5 km mәsafәdә yeni mahal mәrkәzi – Ostyako-Voqulskun (1940 ildәn Xantı-Mansiysk) tikintisinә başlanıldı. Mahal Ural (1930–34), Ob-İrtış (1934), Omsk (1934–44) vә Tümen (1944–93) vil.-lәrinin tәrkibinә daxil idi. 1930 ildәn, kollektivlәşdirmәnin başlamasından sonra region qolçomaqların sürgün yerinә çevrildi. 1940 ildә Ostyak-Voqul milli mahalı Xantı-Mansi milli mahalı adlandırıldı. Böyük Vәtәn müharibәsi illәrindә mahalkalmıkların, Volqaboyu almanlarının, finlәrin vә repressiyaya mәruz qalmış digәr xalqların sürgün yerinә çevrildi. 1953 ildә ilk dәfә tәbii qaz hasil olunmağa başladı. 1960 ildә Konda çayının yuxarı axarında neft yataqları aşkar olundu. Mahal әrazisi ölkәnin digәr rayonlarından köçәnlәrin hesabına fәal mәskunlaşdırılırdı. 2003 ildә Xantı-Mansi Muxtar Mahalı – Yuqra yaradıldı.
    Tәsәrrüfat. Qәrbi-Sibir iqtisadi r-nuna daxil olan mahal, RF-nin resurs regionudur. Sәnaye mәhsullarının hәcmi k.t. mәhsullarının hәcmindәn tәqr. 400 dәfә çoxdur (2014). Rusiya ÜDM-inin 5,2%-i mahalın payına düşür. Neft hasilatı üzrә (ümumi RF hasilatının tәqr. 50%-i) mahal Rusiyada liderdir; tәbii vә sәmt qazı hasilatının 5,1%-i (2-ci yer), hәmçinin elektrik enerjisi istehsalının 8,5%-i vә s. onun payına düşür. İqtisadi fәaliyyәt növlәri üzrә ÜRM-in strukturu (%, 2013): faydalı qazıntılar hasilatı 65,6, nәql. vә rabitә 7,6, daşınmaz әmlak üzrә әmәliyyatlar 6,0, tikinti 5,5, topdan vә pәrakәndә ticarәt, müxtәlif mәişәt xidmәtlәri 3,9, elektrik enerjisi, qaz, su istehsalı vә bölüşdürülmәsi 3,1, sәhiyyә vә sosial xidmәtlәr 2,1, dövlәt idarәçiliyi vә hәrbi tәhlükәsizliyin tәmin olunması, icbari sosial tәminat 1,8, emal sәnayesi 1,6, digәr fәaliyyәt növlәri 2,8. Mülkiyyәt formalarına görә müәssisәlәr (tәşkilatların sayına әsasәn, %-lә, 2014): özәl 88,2, bәlәdiyyә 4,4, ictimai vә dini tәşkilatlar (birliklәr) 3,1, dövlәt 2,2, digәr mülkiyyәt formaları 2,1.
    S ә n a y e mәhsulunun hәcmi 3008,7 mlrd. rubldur (2014); onun 79,9%-i faydalı qazıntılar hasilatının, 13,2%-i emal müәssisәlәrinin, 6,9%-i elektrik enerjisi, qaz-su istehsalı vә bölüşdürülmәsinin payına düşür. Emal sәnayesinin sahә strukturu (%): neft vә kimya mәhsulları istehsalı 83,4, maşınqayırma 10,7, ağac emalı vә sellüloz kağız sәnayesi 2,0, tamlı mәhsullar sәnayesi 1,5, digәr sahәlәr 2,4.
    Elektrik enerjisi istehsalı 91,2 mlrd. kVt-saat tәşkil edir (2014); onun tәqr. 95%-i İES-lәrdә istehsal olunur. Ən iri elektrik stansiyaları: Surqut DRES – 2 (müәyyәn olunmuş gücü tәqr. 5600 MVt) vә DRES – 1 (tәqr. 3260 MVt), Nijnevartovsk DRES (tәqr. 2000 MVt).
    Neft hasilatı üzrә (tәqr. 250 mln. t, 2015) mahal RF-dә birinci yerdәdir. Əsas yataqları (hasilat mln. t, 2014): Priobskoye (37,5), Samotlor (21,1), Malobalıkskoye (11,4), Prirazlom (8,6). “Rosneft”, “Surqutneftqaz”, LUKOYL neft hasilatı sahәsindә (birlikdә mahal üzrә hasilatın tәqr. 80%-ini tәşkil edir) aparıcı şirkәtlәrdir. Neft emalı müәssisәsi (gücü ildә 6,0 mln. t xam neft, 2014) fәaliyyәt göstәrir.      Bölgә hәmçinin sәmt qazı hasilatı (tәqr. 33 mlrd. m3, 2015) vә qaz emalı müәssisәlәrinin (tәqr. 24 mlrd. m3 emal edilmişdir, 2014; “SiburTümenQaz” şirkәtinin bölmәlәri) ümumi istehsal gücünә görә RF-dә liderlәrdәn biridir.
    Maşınqayırma müәssisәlәri neft-qaz vә meşә sәnayesi komplekslәrinә xidmәt, avadanlıq istehsalı vә tәmiri üzrә ixtisaslaşmışdır. Bir sıra xarici şirkәtlәrin filialları, o cümlәdәn Kanadanın “Trican Well Service” (2015 ildәn “Rosneft” şirkәtinә mәxsusdur; Nijnevartovsk; quyulara xidmәt göstәrilmәsi), Amerikanın “National Oilwell Varco” (Nijnevartovsk; qazıma avadanlıqlarının tәchizatı vә tәmiri, texniki tәminat vә nәzarәt), beynәlxalq “Schlumberger” (Nijnevartovsk vә Nefteyuqanskda xidmәt mәrkәzlәri; quyuların inşası üçün texnologiyalar, karbohidrogen xammalının hasilatı vә emalının idarә edilmәsi vә s.) fәaliyyәt göstәrir.
    Meşә sәnayesi kompleksi (tәqr. 130 tәşkilat vә fәrdi sahibkar fәaliyyәt göstәrir) mühüm әhәmiyyәt kәsb edir. Oduncağın ümumi ehtiyatı 2900 mln. m3-dәn (tәqr. 80%-i iynәyarpaqlı ağaclardır; 2016), ortaillik oduncaq tәdarükü tәqr. 4,0 mln. m3 tәşkil edir. Əsas mәhsul növlәri (min m3, 2014): emal olunmamış oduncaq tәqr. 1270, taxta-şalban tәqr. 290, müşәmbә şpondan tirlәr 2,0 vә s.
    Ət, süd, balıq emalı, qәnnadı, pivә vә alkoqolsuz içki istehsalı üzrә müәssisәlәr fәaliyyәt göstәrir.
    Surqut, Nijnevartovsk, Xantı-Mansiysk, Nefteyuqansk, Koqalım, Yuqorsk iri sәnaye mәrkәzlәridir.
    Xarici ticarәt dövriyyәsi 23,3 mlrd. dollar, o cümlәdәn ixracat 21,9 mlrd. dollardır (2014). Əsasәn, yanacaq-energetika kompleksi mәhsulları ixrac edilir (dәyәrin 98%-in dәn çox). İdxal (dәyәrindәn %-lә): maşın qayırma mәhsulları (tәqr. 85), metal vә metal mәmulatları (tәqr. 10) vә s.-ә aiddir.
    K ә n d t ә s ә r r ü f a t ı mәhsullarının dәyәri 115,5 mln. dollardır, bunun tәqr. 55%-i bitkiçiliyin payına düşür (2014). K.t. torpaqları mahal әrazisinin 1,2%-ni tәşkil edir. Tәrәvәzçilik vә kartofçuluq (şәhәrәtrafı rayonlarda); gilәmeyvә yığımı; әtliksüdlük istiqamәtli heyvandarlıq, maralçılıq (tәqr. 40 min baş), xәzlik heyvan yetişdirilmәsi (tәqr. 2 min baş) inkişaf etmişdir. Torpaq sahәlәrinin çoxu (tәqr. 80%) k.t. tәşkilatlarına mәxsusdur, 10%-dәn çoxu fermer (kәndli) tәsәrrüfatlarının, tәqr. 10%-i vәtәndaşların şәxsi istifadәsindәdir. Mal әti vә quş әtinin 65%-dәn çoxu, südün tәqr. 60%-i fermer tәsәrrüfatlarında; müvafiq olaraq tәqr. 25%-i vә 15%-indәn çoxu k.t. tәşkilatlarında; tәrәvәzin 98%-i, kartofun 95%-dәn çoxu, südün tәqr. 25%-i, mal әti vә quş әtinin tәqr. 10%-i fәrdi tәsәrrüfatlar da istehsal edilir.
    X i d m ә t s f e r a s ı. Mahalın bir sıra şәhәrlәrindә neft-qaz kompleksi sferasında çalışan şirkәtlәrin ofislәri, Rusiyanın aparıcı banklarının, sığorta tәşkilatlarının vә s.-nin filialları yerlәşir. İdman-sağlamlıq, iş güzar, ekstremal, tәdbir, kruiz vә ekoloji turizmi inkişaf etmişdir. Bir sıra festivallar, ixtisaslaşdırılmış sәrgilәr (“Enerji tәminatı”, “Meşә”, “Surqut. Neft vә qaz” vә s.) keçirilir.
    N ә q l i y y a t. D.y.-nın uz. tәqr. 1084 km-dir (2014). Əsas d.y. xәttlәri: Tümen – Surqut, Surqut – Novı Urenqoy (Yamal-Nen muxtar mahalı), Surqut – Nijne vartovsk, İvdel (Sverdlovsk vil.) – Nyaqan – Priobye. Bәrkörtüklü avtomobil yollarının uz. 3,3 min km; әn mühümlәri – “Sibirski koridor” (Tümen – Tobolsk – Surqut – Noyabrsk – Novı Urenqoy – Nadım – Salexard) vә “Şimal marşrutu” (Perm – Serov – İvdel – Sovetski – Xantı-Mansiysk – Nefteyuqansk – Surqut – Nijnevartovsk – Tomsk). Neft vә qaz magistral kәmәrlәrinin uz. tәqr. 16 min km-dir. Gәmiçiliyә yararlı su yollarının uz. 5,6 min km-dәn çoxdur; Ob, İrtış çayları gәmiçiliyә yararlıdır. Xantı-Mansiysk, Surqut (F.Salmanov ad.) vә Nijnevartovskda beynәlxalq aeroport, hәmçinin 7 regional aeroport fәaliyyәt göstәrir.
    Sәhiyyә. Əhalinin hәr 10 min nәfәrinә 53 hәkim, 134,9 orta tibb işçisi; 79 xәstәxana çarpayısı düşür (2013). Ümumi xәstәlәnmә әhalinin hәr 1 min nәfәrinә 1623,6 hadisә tәşkil edir (tәnәffüs orqanları xәstәliklәri 26,1%, sidik-cinsiyyәt sistemi xәstәliklәri 9,1%, qan dövranı sistemi xәstәliklәri 8,3%, dayaq-hәrәkәt aparatı xәstәliklәri 8,2%) (2013). Vәrәmlә xәstәlәnmә әhalinin hәr 100 min nәfәrinә 68,4 hadisә tәşkil edir (2012). Ölümün әsas sәbәblәri: qan dövranı sistemi xәstәliklәri (45,5%), yenitörәmәlәr (17,9%), xarici sәbәblәr (15,7%).
    Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri. Mahalda (2014) 390 mәktәbәqәdәr, 344 ümumtәhsil vә 22 orta peşә tәhsili müәssisәsi, 8 ali mәktәb (3-ü qeyri-dövlәt), Moskva, Tomsk, Tümen vә s.-dәki ali tәhsil müәssisәlәrinin filialları; 231 kitabxana, 34 muzey fәaliyyәt göstәrir. Əsas elmi müәssisәlәr, ali mәktәblәr, kitabxana vә muzeylәr Nijnevartovsk, Surqut, Xantı-Mansiysk vә Yuqradadır.
    Kütlәvi informasiya vasitәlәri. Əsas dövri nәşrlәr (2014): “Новости Югры” (rus dilindә, 1931); “Xantı-yasanq” (xantı dilindә, 1957; 1991 ildәn indiki adı ilә), “Lui ma seripos” (mansi dilindә, 1989) qәzetlәri. Radio 1932 ildәn, televiziya 1970-ci illәrin әvvәlindәn yayımlanır. Radio vә televiziya verilişlәrinin yayımı “Yuqoriya” dövlәt teleradio şirkәti (1991) vә “Yuqra” mahal teleradio şirkәti (1998) tәrәfindәn hәyata keçirilir. Yuqra-İnform xәbәr agentliyi fәaliyyәt göstәrir.
    Memarlıq vә tәsviri sәnәt. Mahal әrazisindәki әn qәdim incәsәnәt nümunәlәri Neolit dövrünün keramikası ilә, tuncdan düzәldilmiş mәmulatlarla (e.ә. 2-ci minillikdәn; o cümlәdәn baltalar, zoomorf vә antromorf fiqurlu bәzәklәr vә güzgülәr) tәmsil olunur. Erkәn dәmir dövründәki şәhәr yerlәri (Neolit dövründәn mәlumdır) bәzәn 2-cәrgәli torpaq bәndlәr vә xәndәklәrlә әhatәlәnirdi. Metal plastikanın çiçәklәnmәsi Kulay mәdәniyyәti vә digәr әnәnәlәrlә bağlı olmuşdur. Eramızın 1-ci minilliyindәn xantıların mansilәrin mәdәniyyәti tәşәkkül tapmışdır. Keramika vә bәzәklәr naxışların zәnginliyi ilә fәrqlәnirdi. 12–13 әsrlәrdә yerli hakimliklәrdә, o cümlәdәn Konda vә Koda hakimliklәrindә istehkam vә mәbәdgahlar tikilirdi.
    16 әsrin sonu – 17 әsrin әvvәllәrindә ostyak mәskәnlәrinin yerindә rusların kәrtmә evlәr vә mәbәdlәrlә birlikdә ağacdan istehkamları inşa edilirdi (Beryozovda, Surqutda). 1653 ildә Koda (sonralar Kondina) Troitsa monastırının әsası qoyuldu (1924 ildә bağlanıldı). 18–19 әsrin әvvәllәrindә barokko üslubunda tamamlanmış kәrpic mәbәdlәr tikilirdi. Xantı-Mansiyskdә, Surqutda vә Beryozovda 19 әsrin sonu – 20 әsrin әvvәllәrinә aid ağacdan tacir evlәri, kilsәlәr saxlanılmışdır. Şәhәrlәrdәn kәnarda xantıların vә mansilәrin qış evlәri (yarımqazmalar, karkaslı vә kәrtmә evlәr) vә yay çumları, mәbәdgahlar, tәsәrrüfat tikililәri әnәnәsi davam edirdi. Onlardan bir neçәsi Xantı-Mansiyskdәki “Torum Maa” Etnoqrafiya muzeyinә, Varyoqan k.-ndәki Etnoqrafiya park-muzeyinә, Russkinskaya k.-ndәki Tәbiәt vә İnsan muzeyinә köçürülmüşdür.
    Sovet dövründә şәhәrlәr (Xantı-Mansiysk, Surqut, Nefteyuqansk vә s.) vә qәsәbәlәr salınmışdır. 1990–2010-cu illәrdә körpülәr, muzeylәr, konsert zalları vә teatrlar, vağzallar, idman qurğuları, mәscidlәr (Surqutda, 1995; Langepasda, 2009–10; vә s.), kilsәlәr (1992–2006) inşa edilmişdir.
    1930-cu illәrdәn yerli peşәkar tәsviri sәnәt mәktәbinin әsası qoyulmuşdur. Akarel vә yağlı boya ilә mәnzәrә әsәrlәri yaradılmışdır (nen K.L.Pankov, xant K.Y.Natuskin; hәr ikisi Leninqradda Şimal Xalqları İn-tunda oxumuşlar). 1940–50-ci illәrdәn rәssamlardan İ.M.Konev, V.A.İqoşev, G.S.Rayşev, V.V.Qavrilov, M.A. Tebetev, M.Y.Bronnikov, P.S.Baxlikov, heykәltәraş P.Y.Şeşkin yaradıcılığa başlamışlar. Dekorativ-tәtbiqi sәnәtdә bәdii tikmә, aplikasiya, ağac vә sümük üzәrindә oyma, tozacağı qabığından mәmulat hazırlanması inkişaf etmişdir.
    Xantı-Mansiysk şәhәrindәn görünüş.
    Musiqi. Ənәnәvi musiqi mәdәniyyәtinin әsasını xantı, mansi rus, tatar, Ukrayna, başqırd, Belarus vә başqa xalqların folkloru tәşkil edir. “As ne” (“Ob qadını”; Beryozov r-nunun, Teqi qәs., 1994) musiqi-etno qrafik kollektivlәrindәndir. 2003 ildә Xantı-Man siyskdә mahal Xalq yaradıcılığı evi bazasında xalq ifaçılarını (o cümlәdәn finuqor) dәstәklәyәn, tәrkibindә “Misne” xalq vokal ansamblı (1968), “Yeşak nay” folklor-etnoqrafik ansamblı (1986) olan “Mәdәniyyәt” yaradıcılıq birliyi yaradılmışdır. Nyaqan Uşaq Musiqili Dram Teatrı (1993 ildә “Geoloq” mәdәniyyәt evinin bazasında yaradılmış, 1996 ildәn dövlәt statusu) mahalda ilk dövlәt teatrıdır. Surqutda Musiqili Dram Teatrı (2000); simfonik orkestri vә digәr kollektivlәri özündә birlәşdirәn bәlәdiyyә filarmoniyası (2003); Yuqra filarmonik cәmiyyәti (2013) fәaliyyәt göstәrir. “Svetilen” xor kapellası (әsası 1991 ildә qoyulmuşdur, indiki adı 2007 ildәn) dini musiqi ifa edir. Musiqi tәhsilini Surqut musiqi kolleci (1972 ildә musiqi mәktәbi kimi açılmışdır, indiki statusu 2004 ildәn) vә musiqi, rәssamlıq vә xoreoqrafiya şöbәlәri olan “İstedadlı Şimal uşaqları üçün incәsәnәt mәrkәzi” internat-kolleci [1997 ildә açılmışdır, 2000 ildәn YUNESKO-nun assosiasiyalı mәktәbi, 2004 ildәn musiqi tәhsili üzrә Beynәlxalq cәmiyyәtin (ISME – UNESCO) üzvüdür] verir; 2000 ildәn musiqi şöbәsi әsasında Qnesinlәr ad. Rusiya Musiqi Akademiyasının (Moskva) filialı fәaliyyәt göstәrir.
    “60-cı paralel”, “Yaşıl sәs” (hәr ikisi Surqutda 2013 ildәn, hәr il), beynәlxalq incәsәnәt festivalları, fin-uqor folklor kollektivlәrinin “Günәşlә yaşayanlar” regionlar arası festivalı (Xantı-Mansiyskdә, 2014 ildәn, hәr il) keçirilir.
    Teatr. Xantı-Mansiysk ilә yanaşı Nijne vartovsk, Nefteyuqansk, Nyaqan, Surqutda da teatrlar fәaliyәt göstәrir. 2004 ildәn müxtәlif şәhәrlәrdә 2 ildәn bir “Ağ mәkan” Mahal teatr festivalı, 2003 ildәn Xan tı-Mansiyskdә “Od ruhu” Beynәlxalq kinematoqrafiya debütlәri festivalı keçirilir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 