XANVƏLİ – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (31.12.1937 ildәn Düzkәnd, 7.12.1945 ildәn Axuryan r-nu), Arpaçay boyunda, Gәlinqaya d.-nın әtәyindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin ortalarında kәndin azәrb. әhalisi qovulub çıxarılmış vә burada İrandan, Türkiyәdәn köçürülüb gәtirilmiş ermәnilәr yerlәşdirilmişdir. 19 әsrin sonlarında әhalisi köçüb getmiş vә kәnd xaraba qalmışdır.










