XANYERİ – Azәrb. Resp. Xocalı r-nunun Daşbulaq ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 8 km şm.-q.-dә, Qarabağ silsilәsinin әtәyindәdir. Əhalisi işğaldan (1992, fevral) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Klub; alban kilsәsi var idi. 19 sentyabr 2023 ildә antiterror әmәliyyatı nәticәsindә Azәrbaycanın nәzarәtinә keçmişdir.










