XANYURDU – Azәrb. Resp. Xocalı r-nunun Ballıca ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 15 km c.-q.-dә, Qarabağ silsilәsinin әtәyindәdir. Əhalisi işğaldan (1992, fevral) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Orta mәktәb, tibb mәntәqәsi, kitabxana, klub var idi. 19 sentyabr 2023 ildә antiterror әmәliyyatı nәticәsindә Azәrbaycanın nәzarәtinә keçmişdir.










