XARA – orta әsrlәrdә Şәrq ölkәlәrindә, o cümlәdәn Azәrb.-da yayılmış, özündәn naxışları olan müxtәlif çalarlı, parlaq, qalın ipәk parça. X.-dan tәmtәraqlı geyimlәrin tikilişi, hәmçinin bәzәdilmәsi üçün istifadә olunurdu. 17 әsrin әvvәllәrindә Fransada X.-nın hazırlanması üsulları mәnimsәnilmiş vә “muar” adı ilә istehsalına başlanılmışdı.










