XARABA KOTANLI – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Millidәrә bölgәsindә azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә kәnd ermәni-daşnak hücumları nәticәsindә dağıdılmış, yandırılmış, әhalisi qәddarlıqla qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhali geri qayıdaraq, kәndi yenidәn mәskunlaşdırmışdır. 1949 ildә kәndin әhalisi Azәrb.-a deportasiya olunmuş vә kәnd xarabalığa çevrilmişdir.










