XARABAGİLAN, K i r a n, G i l a n –Azәrb. Resp.-nın Ordubad ş. (Nax. MR) yaxınlığında orta әsrlәr şәhәr yeri. 1926–29 illәrdә öyrәnilmiş, 1976 ildәn yenidәn tәdqiq olunur. Sah. 100 ha-dan çoxdur. Abidәnin q. tәrәfindә e.ә. 2–1-ci minilliklәrә aid yaşayış mәskәni vә nekropol aşkar edilmişdir. X.-ın narınqalası (sah. 10 ha-dan çox) vә mәhәllәlәri dördkünc vә dairәvi bürclәrlә möhkәmlәndirilmiş qala divarları ilә әhatә olunmuşdur. Daşdan, çiy vә bişmiş kәrpicdәn yaşayış evlәri, karvansaralar, türbәlәr, mәscid, habelә sәnәtkarlıq ocaqları vә s. tikinti qalıqları aşkar edilmiş, çoxlu maddi mәdәniyyәt nümunәsi (şirli vә şirsiz gil qablar, şüşә vә metal mәmulatı, sikkәlәr, o cümlәdәn Roma qızıl pulları vә s.) tapılmışdır. Tapıntılar arasında 12–14 әsrlәrә aid gil qab vә memarlıq fraqmentlәri üzәrindә kufi vә nәsx xәtlәrilә yazılara rast gәlinmişdir. X. әrazisindә erkәn antik dövr dә (e.ә. 5–4 әsrlәrdә) şәhәr mәdәniyyәti yaranmış, orta әsrlәrdә bu şәhәr Azәrb.-ın mühüm ticarәt vә sәnәtkarlıq mәrkәzlәrindәn biri olmuşdur. Tәdqiqatlar nәticәsindә X.-ın monqol istilaları zamanı dağıdılmış Kiran ş.-nin xarabalığı olduğu müәyyәnlәşdirilmişdir.

Xarabagilan qalasının bürclәrindәn biri.










