XARABAGİLAN ARAMİ YAZISI – Azәrb. Resp.-nın Ordubad r-nu (Nax. MR) әrazisindә aşkar olunmuş qәdim yazı. Xarabagilan qala divarının c.-ş.-indә, divarın xarici tәrәfindә 2–3 әsrlәrә aid qәbirdәn tapılmışdır. Tәkqulp saxsı qabın üzәrindә arami yazısı ilә qara rәnglә dualar yazılmışdır.

Xarabagilandan aşkarlanmış arami yazılı kuzә,
tәqr. eramızın I–III әsrlәri, Azәrb. Tarixi Muzeyi.
tәqr. eramızın I–III әsrlәri, Azәrb. Tarixi Muzeyi.










