Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XARABAŞƏHƏR 
    XARABAŞƏHƏR – Azәrb. Resp. Ağsu r-nunun Ülgüc k. yaxınlığında orta әsrlәrә aid şәhәr yeri. Ərazidә kәşfiyyat xarakterli ilk qazıntı işlәri 1983 ildә F.Osmanovun rәhbәrliyi ilә aparılmışdır. 2010 ildәn Q.Cәbiyevin rәhbәrlik etdiyi ekspedisiya tәrәfindәn tәdqiq olunur. Sah. 34 ha olan şәhәr yeri eni 20–25 m, dәrinliyi 7–8 m olan müdafiә xәndәyi vә 2400 m mәsafәdә izlәnilәn qala divarları ilә әhatәlәnmişdir. Şәhәrgahın c.-ş. vә c.-q. künclәrindә hәr birinin diametri tәqr. 16–18 m, hünd. 10 m olan, ehtimal ki, şәhәr istehkamları ilә bağlı iki süni tәpә yerlәşir. Abidәnin әtrafında 4 qәbiristan var. Buradakı xatirә daşlarının möhtәşәmliyi vә üzәrindәki yazılara әsasәn qәbiristanlıqda Şirvan hökmdarları nәslindәn olan şәxslәrin dәfn olunduğu ehtimal edilir. Şәhәr yerindә müxtәliftәyinatlı tikililәr vә istehsalat ocaqlarının qalıqları izlәnilir. Əsas inşaat materialları yonulmuş daş vә bişmiş kәrpicdir. Abidәnin mәrkәzi hissәsindә uz. 48 m, eni 15 m, dәrinliyi 8–10 m olan vә yerli әhali tәrәfindәn “hamam yeri” adlandırılan çökәklik var. Şәhәr yerinin şm.-ş. hissәsindә, ehtimal ki, dulusçular mәhәllәsi yerlәşirdi. Qazıntılar nәticәsindә çay daşıdan adi palçıqla hörülmüş tikilinin qalığı vә quyu aşkarlanmışdır. X. әrazisindәn toplanan arxeoloji materiallar şirsiz vә şirli saxsı, hәmçinin çini qab qırıqlarından, tәsәrrüfat küplәrindәn, çoxsaylı tәndir qalıqlarından, müxtәlif ölçülü daş vә metal qәliblәrdәn, dәmir әşyalardan (oymaq, qayçı, bıçaq, mismar, cәftә, nal vә s.), hәmçinin sümükdәn düzәldilmiş bıçaq vә xәncәr dәstәlәrindәn, biz, üzük vә halqalardan, 15–18 әsrlәrdә zәrb olunmuş mis vә gümüş sikkәlәrdәn ibarәtdir. Tәdqiqatlar nәticәsindә 17–18 әsrlәrdә әrazidә qızğın şәhәr hәyatının olduğu müәyyәnlәşdirilmişdir.
    Xarabaşәhәr (Ağsu rayonu). Qazıntı sahәsinin ümumi görünüşü.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 