Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XARÁ-XOTÓ
    XARÁ-XOTÓ (monqolca “qara şәhәr” demәkdir) – indiki Dalan-Xub qәs.-ndәn (Çin, Daxili Monqolustan, Edzin xoşunu) 35 km mәsafәdә yerlәşәn şәhәr yeri. Tanqutların 1032 ildәn Si Syanın mühüm inzibati mәrkәzi kimi mәlum olan Edzin ş.-nin xarabalıqlarıdır. 1226 ildә Monqol imperiyası tәrәfindәn işğal olunan X.-X. Böyük İpәk yolu sistemindә әhәmiyyәtini saxlayırdı. 1372 ildә Edzin-qol çayının mәcrasını dәyişәn Min sülalәsinin qoşunları tәrәfindәn dağıdılmışdı. X.-X. 1907 ildә Rusiya sәyyahı S.Q.Badmajapov tәrәfindәn aşkar olunmuşdur. 1908–09, 1926 illәrdә P.K.Kozlovun (Ermitajda kolleksiyalar), 1914 ildә M.Steynin, 1923 ildә L. Uornerin (ABŞ) ekspedisiyaları, 1927, 1929–30 illәrdә S.Xedinin İsveç-Çin ekspedisiyası (X.-X.-da tәdqiqat işlәri F.Berqman tәrәfindәn aparılıb), 1960–80-ci illәrdә Çin arxeoloqları (Li İyu vә b.) tәrәfindәn tәdqiq edilmişdir. 434´384 m ölçüdә dördbucaq planlı şәhәr döyәclәnib bәrkidilmiş lyossdan (açıq-sarı rәngli torpaq) hörülmüş qala divarlarından (hünd. 9 m-dәn çox) vә bürclәrdәn, şәrq vә qәrb qapılarından ibarәtdir; bir çox binanın, o cümlәdәn buddist mәbәdlәri vә paqodalarının bünövrәlәri aşkar olunmuşdur. Şәhәrә ş.-dәn bayır şәhәr (küçәlәrin xarabalıqları vә s.) bitişir; şәhәrin ş.-indә vә şm.-ında yaşayış mәskәnlәri (evlәrin vә mәbәdlәrin qalıqları), suvarma kanalları yerlәşirdi. Əsasәn tanqut, hәmçinin Çin, monqol, Tibet dillәrindә minlәrlә kağız tumar vә kitab, o cümlәdәn tanqut Çin lüğәti, Si Syanın qanun mәcәllәsi; kitab çapı üçün lövhәlәr; kağız, kәtan, ipәk üzәrindә buddist ikonalar; terrakotadan, ağacdan, tuncdan ayini heykәllәr; Yuan sülalәsinin kağız pulları, çini (o cümlәdәn “sinxua” üslübunda) vә s. tapılmışdır. X.-X.-dan c.-q.-dә son orta әsrlәrә aid müsәlman qәbiristanlığı vә mәscid qorunub saxlanılmışdır.
    Xara-Xotо. Budda heykәlciyi.
    Terrakota. 13–14 әsrlәr.
    Ermitaj. S.-Peterburq.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 