XARÁKTER, ә d ә b i y y a t v ә i n c ә s ә n ә t d ә – ruhi, mәnәvi xüsusiyyәtlәri qabarıq şәkildә fәrqlәndirilәn insan surәti. X. obrazın müxtәlif şәraitdәki davranışında, başqa adamlara münasibәtindә, sosial vә şәxsi hәyatın müxtәlif hadisәlәrinә verdiyi qiymәtdә tәzahür edir. Sәnәtkarın icti - mai-siyasi fikirlәri, әsasәn, X.-lәr vasitәsilә ifadә edilir vә әsәrin forma vә mәzmun özünәmәxsusluğunu şәrtlәndirir. Sәnәtin ayrı-ayrı tarixi inkişaf mәrhәlәlәrindәki cәrәyanlarının özünәmәxsus insan X.-i konsepsiyası olmuşdur. Bәdii әsәrdә X.-in mәntiqi idrak, bәdii tәsir cәhәtdәn ayrı-ayrı tarixi inkişaf mәrhәlәlәrindәki cәrәyanlarının özünәmәxsus insan X.-i konsepsiyası olmuşdur. X.-lәr bәzәn әdәbi әsәrdәn kәnar fәrdi bir hәyat qazanır, müәyyәn tarixi dövrün qәhrәmanlarına çevrilir, o dövrün әhvali-ruhiyyә, konflikt vә problemlәrini әks etdirir [Mәcnun (N.Gәncәvi “Leyli vә Mәcnun”), Hacı Qara (M.F.Axundzadә“Hacı Qara”), İsgәndәr (C.Mәmmәdquluzadә “Ölülәr”), Hamlet (U.Şekspir “Hamlet”), Don Kixot (M. De Servantes “Lamançlı Don Kixot”), Qorio ata (O.Balzak “Qorio ata”) vә s.]. Belә X.-lәrә bәzәn tipik X.-lәr dә deyilir (bax Tip, Tipiklik). Dünya әdәbiyyatında, o cümlәdәn Azәrb. әdәbiyyatında ideal X. yüksәk bәşәri dәyәrlәrin ifadәçisi, daşıyıcısı kimi tәqdim olunur.










