XARAKTERİSTİK SÜRƏT – daşıyıcı raketin vә ya kosmik aparatın raket mühәrrikinin dartı qüvvәsinin tәsiri altında (planetlәrin cazibәsi, atm.-in müqavimәti vә digәr qüvvәlәrin olmadığı halda) vә düzxәtli hәrәkәtdә ala bilәcәyi sürәt. X.s. Siolkovski düsturu ilә tәyin olunur. Raket mühәrrikinin dartı qüvvәsinin verilmiş xüsusi impulsu zamanı X.s. sәrf edilmiş işlәk cismin miqdarını tәyin edir. Yerdәn hәyata keçirilәn müxtәlif növ kosmik uçuşlar üçün X.s. ~ 10–20 km/san-dir.










