XARAKTEROLÓGİYA – xarakterin tiplәrini tәsvir edәn, hәmçinin onun mahiyyәtini, quruluş vә inkişafını öyrәnәn psixologiya bölmәsi. Xarakterin tәhlili vә tәsvirinin bir çox metodikası mәlumdur (bax Xarakter). Bu müxtәliflik tәdqiqat zamanı fәrqli meyar vә prinsiplәrin istifadәsinә sәbәb olur. Bәzi mütәxәssislәr insan individuumunun morfologiyasının (fizioqnomika), bәzilәri isә ifadә vasitәlәrinin (qrafologiya) tәdqiqinә әsaslanır. Davranış, yaxud xarici alәm ilә münasibәtdә әhvalın öyrәnilmәsinә әsaslanan görüşlәrdә var.










