XARAQ – Sasanilәr dövlәtindә torpaq vergisi. Əsasәn, әkinçilәrdәn, maldarlardan vә sәnәtkarlardan mәhsulla alınırdı. Döyüşçülәr vә mirzәlәr tәbәqәsi, hәmçinin zәrdüşti möbәdlәr X. ödәmәkdәn azad idilәr. I Xosrovun [531–579] vergi islahatından sonra X. torpağın vә ya mәhsulun miqdarına, becәrilәn bitkilәrә vә suvarma üsuluna görә qәti şәkildә müәyyәnlәşdirilmiş mәblәğdә pulla toplanırdı. Ərәblәr bu vergini “xәrac” şәklindә mәnimsәmişdilәr.










