XARASİNKİMİLƏR (Characidae) – xarasinәbәnzәrlәr (Characiformes) dәstәsindәn balıq fәsilәsi. Bәdәni (uz. 10 sm-әdәk) demәk olar ki, silindrik vә ya yanlardan çox basıqdır. Rәngi çox vaxt parlaqdır. Növlәrinin әksәriyyәtinin çәnәlәrindә yerlәşәn dişlәr bәzi X.-dә, iridir mәs., piranyalarda. Bel üzgәci qısa, anal üzgәci uzundur; bir qayda olaraq, piy üzgәci var. 165 cinsi, tәqr. 1230 növü var; cins vә növlәrin sistematik vәziyyәti vә miqdarı dәyişir (o cümlәdәn molekulyar-gnetik tәdqiqatlar zamanı alınmış mәlumatlar sayәsindә). Mәrkәzi vә Cәnubi Amerikanın, Afrikanın şirin sulu hövzәlәrindә yaşayır. Xırda növlәri 5–8 aylıqda cinsi yetkinliyә çatır, 3–5 il yaşayır; irilәri 12–18 aylıqda yetkinlәşir (bәzәn 3–4 yaşında), 10 ilә qәdәr yaşayır. Akvariumda yetişdirmә obyektidir (mәs., neonlar).










