Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XARDAL 
    XARDAL – Sinapis cinsindәn olan, hәmçinin xaççiçәklilәr fәsilәsinin Brassica cinsinә mәxsus bәzi bitkilәrin ümumi adı. Yabanı, mәdәni vә yabanılaşmış növlәrdir. Bәzilәri mәs., çöl X.-ı (S. arvensis) alaq bitkisidir. Hünd. tәqr. 1,5 m, çiçәklәri sarı, meyvәsi buynuzmeyvәdir. X. neytral reaksiyalı drenlәşdirilmiş münbit torpaqları sevir. Dünyada tәqr. 1 mln ha torpaqda X. әkilir. Ağ X. (S. alba), sarept X.-ı (B. juncea), ara X. (B. nigra), bәzәn Hәbәşistan X.-ı (B. carinata) becәrilir. Əsas ixracatçı ölkәlәr Kanada, Nepal, Rusiya, Ukr.-dır. Toxumların mәhsuldarlığı hәr ha-dan 0,6–2,2 t-dur. Erkәn, adәtәn cәrgәlәrlә sәpilir. Ən yaxşı sәlәflәri dәnli vә cәrgәarası şumlanan bitkilәrdir. X. başlıca olaraq toxumlarından yağ (33–49%) almaq mәqsәdilә becәrilir. X. yağı vә onun digәr emal mәhsulları yeyinti vә әtriyyat sәnayesindә, tibdә istifadә olunur. Sarept X.-ının jmıxından xardal yaxması, süfrә xardalı vә s. hazırlanmasında istifadә edilәn xardal tozu alınır. X. hәmçinin tәrәvәz, yem, balverәn bitki, yaşıl gübrә vә kulis bitkisi (qarsaxlama vә әkinlәri qarayeldәn – quru, isti külәklәrdәn qorumaq mәqsәdilә) kimi becәrilir. Azәrb.-da orta dağ qurşağına qәdәr olan әrazilәrdәki әkinlәrdә, qumsallıqlarda, bostanlarda vә alaq basmış yerlәrdә 1 növü – çöl X.-ı bitir. X.-ın müasir sortları yerә yatmaya vә buynuzcuqların çatlamasına davamlı olduğundan mәhsul kombaynla yığılır. Zәrәrvericilәri: torpaq birәlәri, şalğam mişarçısı vә s. Əsas xәstәliklәri: unlu şeh, pas xәstәliyi.
     
    Çöl xardalı (Sinapis arvensis).
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 