Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XARƏZM DİLİ
    XARƏZM DİLİ – tarixi Xarәzm vilayәtindә yayılmış dil. Ən qәdim abidәlәri e.ә. 3–2 әsrlәrә, әn son abidәlәri eramızın 13–14 әsrlәrinә aid edilir. E.ә. 2–1 әsrlәr – eramızın 8 әsrinin ortalarında X.d. Xarәzm dövlәtinin rәsmi dili olmuş, sonralar danışıq dili kimi işlәnmişdir. Daha sonrakı dövrdә türk dialektlәri tәrәfindәn sıxışdırılmışdır.
    X.d. İran dillәrinin ş. qrupunun şm. yarım qrupuna aiddir. Yaxın qohum dillәr tәsbit olunmamış, birbaşa davamçıları yoxdur. Bir sıra tarixi-fonetik vә tarixi-morfoloji әlamәtlәrinә görә soqdi dilinә yaxındır.
    Arxeoloji qazıntılar zamanı әldә olunan erkәn dövr abidәlәri, әsasәn, epiqrafikdir: keramika mәmulatları, gümüş qablar (e.ә. 3–2 әsrlәrdәn), sikkәlәr üzәrindәki (eramızın 1–8 әsrlәri) yazılar, ağac, dәri, saxsı üzәrindәki sәnәdlәr, ossuarilәr üzәrindәki epitafiyalar. Bәzi abidәlәr onları әhatә edәn gil parçaları üzәrindә mәtn fraqmentlәri kimi saxlanılmışdır. Arami mәnşәli konsonant yazı ilә yazılmışdır. Bir qismi oxunub vә nәşr olunmuşdur.
    Son dövr abidәlәri (eramızın 10 әsrindәn) әrәbdilli әsәrlәrdә olan sitatlar vә şәrhlәrdәn vә әrәb dili izahlı lüğәtinin Xarәzm versiyasından ibarәtdir. Şәrhlәr arasında 10–14 әsrlәr әrәbdilli mәnbәlәrdәki ayrıayrı sözlәr, frazalar, hüquq formulları, sitatdialoqlar, hәmçinin, әsasәn, Biruninin traktatında rast gәlinәn xüsusi adlar, coğrafi, tәqvimi vә astronomik terminlәr var. Qrafikası X.d.-nә mәxsus spesifik sәslәri bildirәn işarәlәr әlavә edilmәklә әrәb-fars qrafikası әsasındadır.
    Adın cins (kişi, qadın), kәmiyyәt (tәk, cәm), hal (3 hal) qrammatik kateqoriyaları var. Müәyyәnlik artiklı mövcuddur. 1-ci, 2-ci şәxsi bildirәn әvәzliklәr var, 3-cü şәxsi bildirәn әvәzlik mәnasında işarә vә yeni şәxs әvәzliklәri işlәdilir.
    Feil sistemindә gәlәcәk vә keçmiş zaman formaları mövcuddur. İnnovasiyalı modal formalar var.
    Cümlәnin әsas üzvlәrinin sırasının sonradan “(subyekt) + obyekt + predikat” [(S)OV] şәklindәn (S)VO şәklinә dәyişmәsi sintaksisin әsas xüsusiyyәtlәridir. Əvәzlik vә zәrf enklitikası sistemi yaranmışdır. Enklitikalar obyekti, hәrәkәt istiqamәtini vә s. göstәrir, onlardan sonra gәlәn adlarla әlaqәlәnir, tipoloji cәhәtdәn Balkan dil ittifaqına daxil olan dillәrdәki әvәzlik reprizlәrinin elementlәri ilә oxşardır, lakin komponentlәri әks düzümü ilә fәrqlәnir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 