XARƏZM XALQ SOVET RESPUBLİKASI (XXSR) – Orta Asiyada keçmiş Xivә xanlığı әrazisindә yaranmış dövlәti qurum (1920–24). Paytaxtı Xivә idi. Konstitusiyanın qәbul edildiyi, әsasәn, “gәnc xivәlilәr”in daxil olduğu, qanunverici vә icraedici hakimiyyәt sәlahiyyәtlәrini özündә birlәşdirәn Xalq Nazirlәri (komissarları) Sovetinin (sәdr Palvanniyaz Hacı Yusupov) seçildiyi 1-ci Ümumxarәzm xalq qurultayında (1920, aprel) elan edilmişdi. Sah. tәqr. 62,2 min km2, әh. 600 min nәfәrdәn çox, әsasәn, özbәklәr, türkmәnlәr, qaraqalpaqlar, qazaxlar vә b.-ndan ibarәt idi. Türküstan Muxtar Sovet Sosialist Respublikası vә Buxara Xalq Sovet Respublikası ilә hәmsәrhәd idi. 1920 ildә XXSR ilә RSFSR arasında ittifaq müqavilәsi, hәrbi-siyasi vә iqtisadi saziş imzalandı. XXSR-in müstәqilliyini tanıyan bolşevik rәhbәrliyinin eyni zamanda onun siyasәtinә öz tәsirini artırması Xarәzm KP-nin mövqeyinin möhkәmlәnmәsinә vә onun sıralarının “gәnc xivәlilәr”dәn tәmizlәnmәsinә, 1921 ilin martında Yusupov hökumәtinin hakimiyyәtdәn uzaqlaşdırılmasına gәtirib çıxardı. 1921 ilin mayında Konstitusiyanın yeni redaksiyasına uyğun olaraq qanunverici orqan qismindә Xarәzm MİK tәsis edildi. Konstitusiyaya görә ruhanilәrә, dehqan vә sәnәtkarlara hökumәtdә tәmsil olunmaq qadağan idi. Qurultay xana mәxsus torpaqların müsadirә edilmәsi vә onların yoxsul dehqanlara verilmәsi haqqında qәrar qәbul etdi. 1923 ilin oktyabrında Xarәzm Sovet Sosialist Respublikası (XSSR) elan olundu, onun Özbәk, Türkmәn vә Qırğız-Qara qalpaq muxtar vilayәtlәrinә bölünmәsi tәsbit edildi. Orta Asiyada milli-әrazi mәrzlәnmәsi gedişindә 1924 ilin sentyabr–oktyabr aylarında XSSR-in buraxılması vә әrazisinin RSFSR-in tәrkibindә yeni yaradılan Özb. SSR-ә, Tür. SSR-ә, Qara-Qırğız muxtar vilayәtinә (1925 ilin mayında Qırğız muxtar vilayәti adlandırıldı) daxil edilmәsi haqqında qәrar qәbul olundu.










