XARƏZMŞAHLAR (orta İran dillәrindә “xvarizmşah”) – Xarәzm hökmdarları sülalәlәrinin ümumi adı (5–13 әsrlәr). Onlardan birincisi Xilafәtin ali hakimiyyәtini tanımış Afriğilәr sülalәsi idi. Afriğilәri 995 ildә devirmiş Mәmunilәr müvafiq titulu qәbul etmiş, sonuncuların devrilmәsindәn sonra hәmin titul Mahmud Qәznәvinin Xarәzmә vali tәyin etdiyi Altuntaş әl-Hacibә [1017–32] keçmişdir. Altuntaşoğullarını 1043 ildә Sәlcuqilәr sülalәsindәn olan Toğrul bәy hakimiyyәtdәn kәnarlaşdırmışdır. Tәqr. 1077 ildә sәlcuq sultanı Mәlikşah öz qulamı Anuş Tegini Xarәzmә valitәyin etmiş, sonuncu burada Anuşteginlәr sülalәsinin banisi olmuşdur. Anuşteginlәr sülalәsindәn X. titulunu qәbul etmiş ilk hökmdar olan Atsız [1128–56] Xarәzmin müstәqilliyini bәrpa etmişdir. Atsızın varislәri, “böyük X.” İlarslan [1156–72], Əlaәddin Tekiş [1172–1200] vә Mәhәmmәd II Əlaәddin [1200–20] paytaxtı Gürgәnc olmaqla böyük müsәlman imperiyalarından birini yaratmışlar. Monqol işğalları bu imperiyaya son qoymuşdur. Sonralar Teymurilәrin Xarәzmdәki canişinlәri (15 әsr) vә Kunqratlar sülalәsindәn olan Xivә xanlığı hakimlәri dә (19 әsr) bir müddәt özlәrini X. adlandırırdılar.










