Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XARƏZMŞAHLAR DÖVLƏTİ
    XARƏZMŞAHLAR DÖVLƏTİ – 1097–1231 illәrdә mövcud olmuş türk-müsәlman dövlәti. Xarәzm valisi tәyin olunmuş, bölgәni Sәlcuqilәr adından idarә edәn Qütbәddin Mәhәmmәd [1097–1128] X.d.-nin banisi hesab olunur. Ondan sonra Sultan Sәncәrdәn xarәzmşah titulunu alan oğlu Əlaәddin Atsız [1128–56] ilk vaxtlar Sәlcuqilәrә sәdaqәtlә xidmәt göstәrәrәk Sultan Sәncәrin yürüşlәrindә iştirak etsә dә, eyni zamanda strateji әhәmiyyәtә malik Cәnd vә Manqışlaq bölgәlәrini tutaraq nüfuzunu Sırdәrya çayınadәk genişlәndirdi, ardınca özünün müstәqilliyini elan etdi. 1138 ildә Bәlxdәn Xarәzmә yürüş edәn Sultan Sәncәr Atsızın ordusunu mәğlubiyyәtә uğratdı. Sonralar Atsız üsyan qaldıraraq yenidәn müstәqilliyini elan etsә dә, Sәncәrin oğuzların әlindә әsir olduğu illәrdә (1153–56) onun haqlarını qorudu. Atsızdan sonra hakimiyyәtә gәlәn oğlu İlarslanın [1156–72] xarәzmşahlığını Sultan Sәncәr tәsdiq etdi. 1157 ildә sultan Sәncәrin olümündәn sonra İl arslan Şәrqi İranın әn qüdrәtli hökmdarına çevrildi. O, vergi ödәmәk qarşılığında qarakitayların hücumlarının qarşısını almağa müvәffәq oldu, İraq Sәlcuqilәri ilә dostluq münasibәtlәri qurdu. İlarslandan
    sonra hakimiyyәtә 1172 ildә vәliәhd seçdiyi kiçik oğlu Sultanşah Mahmud gәlsә dә, ağabәyi Əlaәddin Tekiş [1172–1200] qaraki taylarla razılaşaraq qardaşını taxtdan saldı. Sultanşah qarakitayların yardımı ilә Mәrv vә Tus şәhәrlәrindә әmirlik yaratdı. Əlaәddin Tekiş Bavәndilәrin hakimiyyәtindә olan Tәbәristana yürüş etdi, Bistam, Damğam vil.-lәrini әlә keçirdi, Sultanşahın ölümündәn (1193) sonra isә Şәrqi İranı da öz nüfuzu altına almağa başladı. 1194 ildә Rey yaxınlığındakı vuruşmada III Toğrulu mәğlubiyyәtә uğradaraq İraq Sәlcuqilәrinin hakimiyyәtinә son qoydu, İran vә İraqi Əcәmdә hakimiyyәti әlә keçirdi, “sultan” titulunu qәbul etdi. Tekişdәn sonra hakimiyyәtә gәlәn oğlu Əlaәddin Mәhәmmәd [1200–20] Mәrv vә Tusu zәbt edәrәk Xorasanı әlә keçirmәyә çalışan Qurilәrlә mübarizәyә başladı, Nişapur, Mәrv vә Sәrәxsi әlә keçirdi (1204). 1207 ildә qarakitayların nüfuzu altında olan Buxaranı, 1210 ildә isә Əndican vә әtraf әrazilәri hakimiyyәtinә aldı, Bavәndilәrin Tәbәristandakı hakimiyyәtlәrinә, 1212 ildә Qaraxanilәrin hakimiyyәtinә son qoydu. Bu arada bәzi monqol qәbilәlәrinin qarakitayların torpaqlarına soxulmasından istifadә edәrәk Mavәraünnәhri tamamilә әlә keçirdi. 1215 ildә qıpçaqlar üzәrinә yürüş edәrәk Sığnağı öz torpaqlarına qatdı. Hәmin il Qәznәni tutaraq oğlu Cәlalәddinә verdi, ardınca Fars atabәyi Sәd ibn Zәngi vә Azәrbaycan atabәyi Özbәyi öz itaәti altına aldı. Belәliklә, X.d. Sırdәrya boyundan İraqi-Ərәbәdәk uzanan geniş bir әrazini әhatә etdi.
    1218 ildә Otrarda karvandakı 450 nәfәr monqolun öldürülmәsindәn sonra Çingiz xanın günahkarların tәslim edilmәsi vә dәymiş zәrәrin qarşılığının ödәnilmәsi tәlәbinin Əlaәddin Mәhәmmәd tәrәfindәn rәdd edilmәsi 1219 ilin sonunda monqol ordusunun X.d.-nә mәxsus torpaqlara hücumu ilә nәticәlәndi. Otrar, Sığnaq vә Hucendin ardınca Buxara vә Sәmәrqәnd dә monqolların әlinә keçdi. Mavәraünnәhrin әn güclü müdafiә mәrkәzi olan Sәmәrqәndi tutduqdan sonra Çingiz xan ordusunu qollara ayıraraq X.d.-nә mәxsus vilayәtlәri zәbt etmәk әmrini verdi (1220). Monqolların yaxınlaşması xәbәrini aldıqdan sonra әvvәlcә Tusa, oradan isә Xәzәr dәnizi sahillәrindәki Abaskun adalarından birinә sığınan Əlaәddin Mәhәmmәd burada xәstәlәnәrәk vәfat etdi. Bundan sonra vәli әhd tәyin etdiyi oğlu Cәlalәddin qardaşları Ağ sultan vә Qütbәddin Uzlaqşahla birgә Abaskun adalarından Gürgәncә doğru hәrәkәt etdi. Xorasan yaxınlığında mon-qollarla baş verәn vuruşmada qardaşları öldürüldü, özü isә Qәznәyә çәkildi (1221, mart). Başsız qalan Gürgәnc 1221 ilin aprelindә monqolların әlinә keçdi. Monqolların qәlәbәlәrinin ardından Cәlalәddin 1221 ilin noyabrında Hindistana sığınmaq mәcburiyyәtindә qaldı. 1224 ildә buradan Kirmana getdi. Kirman hakimi Cәlalәddinә tabe olduğunu bildirdi. Tәbrizdә hökm sürәn Atabәy Özbәk dә Cәlalәddinin yaxınlaşdığını eşitdikdәn sonra şәhәri tәrk etdi. Belәliklә, Eldәnizlәrin nәzarәti altında olan torpaqlar Xarәzmşahların hakimiyyәtinә keçdi (1225). Xarәzmşah Cәlalәddin 1230 ildә Yassıçәmәn vuruşmasında Sәlcuq sultanı Əlaәddin Keyqubada mәğlub olduqdan sonra sığındığı Amidin bir dağ kәndindә öldürüldü (1231). Bununla X.d. süqut etdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 